Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Zaxarova: "Ermənistanda Aİ missiyası ölkələrə qarşı işləyən monitorinq casuslarıdır"

17.04.2025 18:51 750
Zaxarova:
"Avropalıların, ilk növbədə fransızların öz geosiyasi məqsədlərinə çatmaq üçün regional gərginliyi saxlamaqda maraqlı olduqlarını düşünməyə bütün əsaslar var. Biz Parisin Cənubi Qafqazda, bizi inandırmağa çalışdıqları kimi, xeyirxah niyyətləri barədə qətiyyən xəyal qurmuruq".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bəyan edib.

O bildirib ki, Fransanın və Avropa İttifaqının (Aİ) regiondakı missiyasının həqiqi gündəliyi normallaşma, deeskalasiya və sülhlə heç bir əlaqəsi yoxdur.

Zaxarovanın sözlərinə görə, Aİ-nin Ermənistanda həqiqi məqsədləri Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək vəzifələri ilə qətiyyən əlaqəli deyil.

"Onları, yəni Aİ nümayəndələrini "monitorinq casusları" adlandırmaq olar. Özü də onlar həm daxilə, həm də xaricə, Ermənistanla qonşu olan bütün dövlətlərə, ölkələrə qarşı işləyirlər. Üstəlik, Paris nümayəndələrinin regionda olarkən topladıqları məlumatları erməni həmkarları ilə heç bir şəkildə bölüşmürlər. Çünki məqsəd başqadır. Onlar birbaşa Brüsselə göndərilir. Nə üçün? Brüsselin postsovet məkanında vəzifəsini, məncə, heç kim gizlətmir. Bu, sonsuz xaos, nifaq, toqquşdurmadır", - deyə Zaxarova bildirib.скачать dle 11.3
Mojo.az Banner