Mojo.az — elanlar
Son Xəbərlər
20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan: "Ermənistan və Azərbaycan arasındakı müharibəni unudun"

17.04.2025 17:57 1 272
Paşinyan:
"Sülh sazişinin mətni razılaşdırılıb, Ermənistan və Azərbaycan arasında eskalasiya və müharibəni unudun".

Median.Az
-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti bu məntiqə zidd addımlar atmayacaq və ya bəyanatlar verməyəcək.

Parlamentdəki çıxışında Paşinyan bir sıra başqa digər rezonans doğuran açıqlamalar da verib.

O bildirib ki, Ermənistanda yeni - sosial-psixoloji inqilab başlayıb və bu inqilab 2018-ci ilin "məxməri inqilabı"ndan heç də az əhəmiyyət kəsb etmir. Onun sözlərinə görə, söhbət "real Ermənistanın inqilabı"ndan gedir.

Bu transformasiyanın əsas xüsusiyyəti, Paşinyanın versiyasına görə, vətən və dövlət anlayışlarının üst-üstə düşməsidir. O qeyd edib ki, bir neçə əsrdən sonra ilk dəfə olaraq ermənilər üçün həm vətən, həm də dövlət - Ermənistan Respublikasıdır.

Nikol Paşinyan vurğulayıb ki, bu gün Ermənistanın həqiqətən müstəqil və suveren dövlət qurmaq üçün nadir tarixi şansı var - erməni xalqının taleyinin yenidən onun arxasında müəyyənləşdirilməsini gözləmədən. O, sanki yad bir institut kimi dövlətə olan tarixi nifrətdən əl çəkməyə və onu özününkü kimi qəbul etməyi öyrənməyə çağırıb.

Son xəbərlər