Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

İstədiyi qızı vermədilər, bacısını qaçırdı: 20 yaşlı qız başına gətirilən dəhşəti danışıb

16.04.2025 21:58 711
İstədiyi qızı vermədilər, bacısını qaçırdı: 20 yaşlı qız başına gətirilən dəhşəti danışıb
Tərtərdə qız qaçırma hadisəsinə görə 2 nəfərə ağır cəza verilib. Qız qisas məqsədi ilə qaçırdıldığını, oğurlandığını deyib.

Hadisə Tərtərin kəndlərindən birində baş verib. Qaçırılan zaman 20 yaşı olan Sevda (ad şərtidir) kursdan gəlirmiş. Onu avtobusdan düşəndə həmkəndlisi olan iki nəfər zorla maşına mindirib.

Məlumata görə, onun əllərindən və ayaqlarından tutaraq zorla maşına mindiriblər və bu zaman qız bədən xəsarətləri də alıb. Bunu görən qonşulardan biri hadisəyə müdaxilə etmək istəyib. Əlində olan küt alətlə maşına zərbə də vurub. Maşının ön şüşəsi sınıb. Amma həmin şəxslər əməllərini sonlandırmaq üçün yollarına davam ediblər.

Qızı evlənmək niyyəti ilə qaçırdığını deyən 38 yaşlı Rəşada (ad şərtdiri) öz qohumu kömək edib. Onlar qızı Rəşadın qardaşının evinə aparıblar. Amma yolda maşını dəyişiblər. Çünki düşünüblər ki, şüşəsi sınıq maşınla yollarına davam etsələr, polisin diqqətini çəkə bilərlər.

Rəşad qızı zorla Qobu qəsəbəsinə gətirib və onunla cinsi münasibətdə olub. Buna görə ona qarşı adam oğurluğu ilə yanaşı zorlama maddəsi ilə də ittiham irəli sürülüb.

Dindirilən zaman Rəşad deyib ki, qızı evlənmək niyyəti ilə qaçırıb və qızın da bunda razılığı olub. Əlavə edib ki, qızla onun razılığı əsasında münasibətdə olub.

Zərərçəkmiş kimi tanınan Sevdanın dediklərində hadisənin digər təfərrüatları məlum olub.

Sevdanın sözlərinə görə onu qaçıran Rəşad daha əvvəl onun bacısını sevirmiş: "Məni zorla qaçırıblar. Mən onu heç vaxt sevməmişəm. Aramızda yaş fərqi çoxdur. O əvvəl mənim bacımı sevirdi. Lakin bacım öz sevdiyi şəxslə qoşulub qaçdı. Bu adam da atama demişdi ki, səndən qisas alacam. Bacımın qisasını almaq üçün məni qaçırıb. Mən könüllü getmişdimsə, telefonum niyə maşında qaldı? Könüllü getsəydim, atama, anama məlumat verərdim. Məni apardıqları evdə iki xanım da var idi. Ağlayıb onlardan da kömək istədim. Zorla gətirildiyimi dedim. Amma mənə kömək etmədilər”.

Açılan cinayət işi üzrə üçüncü şəxs- Rəşadın qardaşı da məsuliyyətə cəlb edilib. Lakin zərərçəkmiş şəxs ondan şikayətçi olmayıb. Digər iki şəxsə isə ağır cəza verilməsini tələb edib.

Məhkəmə Rəşada 11 il, ona kömək edən və adam oğurluğunda təqsirli bilinən qohumuna isə 9 il azadlıqdan məhrum etmə cəzası təyin edib.

Üçüncü şəxs isə şərti cəza alıb. Məhkəmə belə qənaətə gəlib ki, həmin şəxsin qızın zorla qaçırılmasından xəbəri olmayıb.
 
///Musavat.comскачать dle 11.3
Mojo.az Banner