Mojo.az Banner
15:22 "Google Maps" qalmaqallı Ontario gölünün adını dəyişdi  |     15:18 Nikolas Maduronun həbsdən ilk görüntüsü yayıldı: Xeyli arıqlayıb - FOTO  |     15:17 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb  |     15:10 Palma yağının gizli təhlükəsi: 3-MCPD nədir? - Ağa Salamov AÇIQLADI  |     15:03 İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb  |     14:45 60 yaşlı kişi Bakıda hoteldə öldü  |     14:44 Əli Əsədov Oljas Bektenovu təbrik edib  |     13:32 Dünya bazarında qızıl ucuzlaşdı: Son birja rəqəmləri açıqlandı  |     13:21 Bahalaşma olacaq – Ərzaq qiymətləri ilə bağlı proqnoz  |     13:16 “Reels” izləmələk yuxunu və yaddaşı pozur – Həkim  |     12:52 Eyvanını böyütmək istəyənlərə xəbərdarlıq: İcazəsiz dəyişiklik qadağandır  |     12:39 Piyada keçidində üstünlük kimindir? – Sürücülərə ciddi xəbərdarlıq  |     12:30 Universiteti 3 ilə bitirmək mümkün olacaq?  |     12:10 Palma yağına tələbatı artırdı – Səbəb bu imiş  |     12:02 Bu qayda pozuntuları sürücülərə baha başa gəlir - Açıqlama  |     11:53 85 bal topladı, 60 manat ödədi — Niyə işsiz qaldı? — AÇIQLAMA  |     11:49 Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA  |     11:47 Ceyk Pol yenidən böyük rinqə qayıdır  |     11:28 DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı  |     11:24 Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu  |    
Left Banner
Right Banner

Bu restoran və şadlıq evləri ilə bağlı ciddi tədbirlər görülməlidir - Professor

12.04.2025 22:09 672
Bu restoran və şadlıq evləri ilə bağlı ciddi tədbirlər görülməlidir - Professor
"Əgər hansısa restoran və şadlıq evlərində bu kimi hallara rast gəlinirsə, müvafiq tədbirlər görülməlidir".

Bu sözləri Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla şadlıq evlərində masalardan artıq qalan qidaların növbəti mərasimlərdə yenidən istifadə olunmasının mümkün fəsadlarından danışarkən bildirib.

Adil Qeybulla nəzəri cəhətdən belə halların mövcud ola biləcəyini qeyd edib:

"Düşünürəm ki, bu məsələlər təsadüfi deyil. Hər bir şayiənin arxasında müəyyən qədər həqiqət dayanır. Qida məhsulları, xüsusilə də tez xarab olanlar uzun müddət saxlanıla bilməz. Onların saxlanma qaydalarının pozulması olduqca təhlükəlidir. Digər tərəfdən, müxtəlif masalardan qalan və artıq istifadə olunmuş qidaların qarışdırılaraq yenidən təqdim olunması insanlarda müxtəlif xəstəliklərə səbəb ola bilər. Çünki biz bir şənlikdə iştirak edən şəxsin hər hansı yoluxucu xəstəlik daşıyıcısı olub-olmadığını bilmirik".

Professor əlavə edib ki, süfrəyə verilmiş qidanın təkrar istifadəsi yalnız ailə daxilində və xüsusi nəzarət şəraitində mümkün ola bilər:

"Digər hallarda bu cür təkrar istifadə yolverilməzdir. Qidalar masalara ümumi qablarda təqdim olunur və həmin qablarda qalan məhsullar mütləq utilizasiya edilməlidir".

Adil Qeybulla aidiyyəti qurumlara çağırış da edib:

"Təhlükəsizlik qaydalarına əməl etməyən iaşə obyektləri ciddi məsuliyyət daşıyırlar. Təəssüf ki, qida toksiki infeksiyalarının böyük əksəriyyəti məhz bu qidaların düzgün saxlanmaması, istifadəsi və utilizasiyası qaydalarının pozulmasından irəli gəlir. Belə hallara yol verənlərlə bağlı ciddi tədbirlər görülməlidir".

Qeyd edək ki, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov şadlıq evlərini qida sektorunda istehlakçı hüquqlarının ən çox pozulduğu sahə adlandırıb. O bildirib ki, toy sahibi artıq qalmış bütün qidaları aparmaq hüququna malikdir:

"Çünki həmin məhsulların pulunu toy sahibi ödəyib. Təbii ki, artıq qalan qidalar növbəti toy mərasimlərində istifadə olunur. Halbuki bəzi qidaların saxlanma müddəti 4-5 saatdan artıq deyil".скачать dle 11.3
Mojo.az Banner