Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Buraxılış imtahanında 300 bal toplayan şagird seçəcəyi universiteti AÇIQLADI

12.04.2025 15:20 1 368
Buraxılış imtahanında 300 bal toplayan şagird seçəcəyi universiteti AÇIQLADI
Bakı şəhəri 272 nömrəli tam orta məktəbin şagirdi Sona Nurməmmədli buraxılış imtahanında 300 bal toplayaraq nümunəvi nəticə göstərib.

Təəssüratlarını AZƏRTAC-la bölüşən Sona deyir ki, bu uğurun arxasında yorulmadan, fasiləsiz çalışmaq və məqsədə sadiqlik dayanır: "Gecə-gündüz yatmırdım, oxuyurdum. Əzmlə çalışırdım və bu gün bu əziyyətimin nəticəsini görmək məni çox sevindirir".

Məktəbli qeyd edib ki, bütün fənlərə bərabər yanaşıb, çətinlik çəkmədən hazırlaşıb: "Mənim üçün çətin fənn olmayıb. Dərslərə hər gün gedirdim, məktəbdə verilən biliklər mənə çox kömək etdi".

Gələcək planlarından danışan Sona Azərbaycan Tibb Universitetini (ATU) seçmək fikrində olduğunu deyib.

Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.скачать dle 11.3
Mojo.az Banner