Mojo.az Banner
19:18 "Google" süni intellekt yarışında mövqelərini itirir: Əməkdaşlar narahatlıq keçirir  |     19:05 Göygöldə kəndləri birləşdirən körpü qəzalı vəziyyətə düşüb  |     18:53 PUA hücumunda həlak olan gəmi kapitanının nəşi Bakıya gətirilir  |     18:16 Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA  |     18:05 Mahir Emreli Polşa klubuna keçir  |     17:53 Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər  |     17:47 Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? (VİDEO)  |     17:42 İsrail ərəb ölkəsində erməni hərbçini öldürdü  |     17:37 Pensiya alanların nəzərinə  |     17:29 Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın  |     17:15 "Bütün əyləncələri ikinci plana atmışdım" - Maksimum bal toplayan Aydan  |     17:08 Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Ekspert açıqladı (Video)  |     17:02 "Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa  |     16:57 Smartfonla bağlı bu vərdiş gənclərdə də yaddaşı zəiflədə bilər - Alimlərdən xəbərdarlıq  |     16:49 Günəş kremi icad edilməzdən əvvəl insanlar necə qorunurdu?  |     16:44 Azan səsinə görə təyyarə təcili eniş etdi  |     16:35 Polis qanunsuz saxlanılan 14 tüfəng aşkarladı  |     16:30 Türkiyə ermənilərin gömrük prosesini asanlaşdırdı  |     16:30 Sabah Bakıda 38° isti olacaq, bəzi rayonlara dolu düşəcək  |     16:22 Polis cinayət törətməkdə şübhəli bilinən 50 nəfəri saxladı  |    
Left Banner
Right Banner

Bakıda estetik prosedurdan sonra qadının BURNU ÇÜRÜDÜ

12.04.2025 13:36 447
Bakıda estetik prosedurdan sonra qadının BURNU ÇÜRÜDÜ
Burun əməliyyatı keçirən Bakı şəhər sakini Aişə Nəsibli "Afa studio" gözəllik salonunda işləyən kosmetoloq Afət Şamilovadan şikayətçidir.

Median.Az
Teleqraf.com-a istinadla xəbər verir ki, kosmetoloq tərəfindən ziyana uğradığını iddia edən Aişə Nəsibli Nəsimi rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.

Aişə Mahmudalı qızı Nəsiblinin üz nahiyəsinə "Afa studio"da düzgün botoks vurulmaması nəticəsində sağlamlığına ciddi ziyan dəyməsinə dair müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə bağlı izahat verən Aişə Nəsibli bildirib ki, 2024-cü ilin aprel ayında burun nahiyəsində estetik əməliyyat etdirib: "Əməliyyatdan sonra heç bir problem olmadı. 2024-cü il iyun ayının sonunda Nəsimi rayonunda yerləşən "Afa studio" gözəllik salonuna getdim, Afaq adlı kosmetoloqa üz nahiyəmi botoks etdirmək istədiyimi bildirdim. Afaq mənim alın, qaşarası və gözətrafı nahiyələrimə botoks etmək lazım olduğunu söylədi, bunun müqabilində məndən 70 manat pul istədi.

Afaqa təzəlikcə burnumda estetik əməliyyat aparıldığını dedim. O isə vurulan botoksun burun əməliyyatına heç bir aidiyyəti olmadığını bildirdi. Həmin gün Afaq üz nahiyəmə botoks vurdu, burnumun ətrafına isə heç bir müdaxilə olunmadı".

Şikayətçi qeyd edib ki, təxminən bir ay sonra korreksiyaya gedəndə burnunun ətrafında şişkinlik hiss edib və bunu Afaqa deyib:

"Afaq həmin nahiyədə şişkinliyin qalması ehtimalının olmadığını bildirdi. Avqust ayının ortalarında burnumun ətrafında olan şişkinlikdən dəri cırılması baş verdi, qan axmağa başladı. Zəng edib Afaqdan kömək istədim. O, botoks elədikdən sonra başqa yerdə dolğu etdirdiyimi, dəri cırılmasının ona heç bir aidiyyətinin olmadığını, şər-böhtan atdığımı dedi. Halbuki mən kosmetoloqun yanında üz nahiyəmə botoks etdirdikdən sonra heç bir kosmetoloji prosedura getməmişdim".

Aişə Nəsibli izahatında hazırda şikayətinin "Afa studio" gözəllik salonunda işləyən Afaq adlı kosmetoloqdan olduğunu, oradan sonra heç bir kosmetoloji mərkəzə və klinikaya müraciət etmədiyini, ona 10 000 manata yaxın maddi-mənəvi ziyan dəydiyini göstərib.

Barəsində şikayət olan Afət Şamilova bildirib ki, 2020-ci ildən onun "Afa studio" gözəllik salonu fəaliyyət göstərməyə başlayıb: "2024-cü ilin may ayında Aişə Nəsibli işlədiyim salona gələrək alın nahiyəsini botoks etdirmək istədiyini bildirdi. Alın nahiyəsinə baxdıqdan sonra botoks edə biləcəyimi dedim və qarşılığında 60-70 manat pul istədim. Aişə razılaşaraq pulu ödədi, onun alın nahiyəsini botoks etdim. Botoksdan sonra Aişə mənə burun əməliyyatı olduğunu və burnuna dolğu vurmaq istədiyini bildirdi. Əməliyyat olunmuş burun nahiyəsinə dolğu vura bilməyəcəyimi bildirdim. Bundan sonra Aişə getdi".

Afət Şamilovanın sözlərinə görə, təxminən 25 gün sonra Aişə Nəsibli korreksiyaya gəlib: "Alın nahiyəsində qaşın biri yuxarı dartılmışdı. Həmin yerə botoks vuraraq qaşı normal vəziyyətə gətirdim. Telefonla əlaqə saxlayanda Aişə hər şeyin yaxşı olduğunu bildirdi. Sentyabrın əvvəlində zəng edərək burun nahiyəsində sızanaq çıxdığını, bunun botoksdan sonra əmələ gəldiyini dedi. Yanıma dəvət etdim, amma gəlmədi. Burun nahiyəsində sızanağın botoksdan əmələ gəlmək ehtimalının olmadığını izah etdim. Aişə Nəsiblidən tələb etdim ki, burun nahiyəsində olan sızanağın botoksdan əmələ gəldiyini sübut edən sənəd təqdim etsin. Aişə heç bir sənəd göstərmədi. Təxminən bir ay sonra mesaj yazaraq, burun nahiyəsində çürümə getdiyini və bunun botoksdan əmələ gəldiyini dedi".

Afət Şamilova izahatında Aişənin alın nahiyəsinə vurulan botoks nəticəsində çürümə və digər fəsadların mümkün olmadığını bildirib. O, izahatında 2019-cu il tarixindən 2024-cü ilin oktyabr ayının sonuna kimi "Afa studio" gözəllik salonunda lisenziyasız fəaliyyət göstərdiyini qeyd edib.

Araşdırma nəticəsində Aişə Nəsiblinin "Afa studio"da Afaq Şamilova adlı kosmetoloq tərəfindən düzgün müayinə edilməməsində cinayət tərkibi olmadığı müəyyən edilib.

Toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilib.

Aişə Nəsibliyə dəymiş maddi və mənəvi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilib.

Rəsmi sənədlərə görə, Afət Şamilovanın kosmetoloji fəaliyyətlə məşğul olması üçün lisenziyasının olmadığı müəyyənləşib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsi ilə inzibati icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilib.скачать dle 11.3
Mojo.az Banner