Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

MİDA-nın layihələri çərçivəsində 11 minə yaxın ailə mənzil əldə edib

11.04.2025 20:10 1 254
MİDA-nın layihələri çərçivəsində 11 minə yaxın ailə mənzil əldə edib
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyətdə olduğu 9 il ərzində onun layihələrindən ümumilikdə 10 687 ailə mənzil əldə edib.

Bunu “Report”a müsahibəsində MİDA-nın İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə, əhalinin güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədi ilə 9 illik fəaliyyəti dövründə Agentlik Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasını həyata keçirib.

“Həmin layihələrdən 8-nin inşası tamamlanıb, 3 layihə isə hazırda reallaşdırılır. İcrası tamamlanmış layihələr - Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində inşa edilmiş güzəştli mənzillər, Gəncə Yaşayış Kompleksi, Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksidir. İnşası tamamlanmış layihələrdə 12 minə yaxın mənzil, 5 məktəb, 9 uşaq bağçası, 1 müasir tibb mərkəzi və 1 ticarət mərkəzi tikilib. Bu layihələrdə tikilmiş mənzillər həm “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılıb, həmçinin dövlət sifarişi əsasında ayrılıb”, - deyə sədr müavini qeyd edib.

Müsahibəni tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər