Mojo.az — elanlar
Son Xəbərlər
21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |     19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

10.04.2025 23:01 666
Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?
Tədris müəssisələrində – məktəb, kollec və universitetlərdə tətil dövründən sonra proqram üzrə keçilməmiş mövzular "qalma mövzular" kimi tanınır. Müəllimlər bu mövzuları tədris ilinin sonuna kimi çatdırmaq məqsədilə dərs yükünü artırmağa məcbur olur, bu isə şagird və tələbələr arasında narazılıq yaradır. Mövzuların qısa zaman ərzində, intensiv şəkildə keçirilməsi həm müəllimlər, həm də öyrənənlər üçün əlavə stress və çətinlik yaradır. Bu kimi situasiyaların yaranmasına səbəb nədir? Niyə tədris təqvimi ilə bayram vaxtının zamanlamasını uyğunlaşdıra bilmirik?

Mövzu ilə bağlı Valyuta.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, düzgün planlama aparılsa, bu problem yaşanmaz: “Tədris ilinin əvvəlindən nə vaxt tətil olacağı, hansı günlərdə dərs olacağı məlum olmalıdır. Yəni, tədris təqvimi ilin əvvəlindən-sentyabr ayından məlum olmalıdır. Bunu bilən müəllim də əlbəttə ki, il ərzində proqramı ona görə hazırlayacaq, hansı həftə hansı dərsi hazırlayacağını, keçəcəyini planlaşdıracaq. Məsələn, mart və ya fevral ayında biləndə ki, mart ayında 10 gün tətil olacaq, əlbəttə ki, bu hal proqramın geriləyəcəyi anlamına gəlir. Amma müəllim sentyabr ayında bilsə ki, mart ayında 10 gün tətil olacaq o zaman il ərzində tədris proqramını ona görə hazırlayar. Göründüyü kimi bu halların aradan qalxması üçün düzgün planlamanın olması vacibdir”.

Təhsil eksperti deyir ki, dərs yükünü birdən-birə artırmaq da düzgün deyil: “Dərs yükünü mart ayından, tətildən sonraya həddindən artıq salmaq əvəzinə az-az sentyabrdan başlayaraq normal qaydada keçmək lazımdır ki, nə müəllimlər, nə də şagird və tələbələr çətinlik çəkməsin. Bunun üçün də əvvəlcədən plan qurulmalıdır. Bir nüansı da qeyd edim ki, Azərbaycan şagirdi məktəbdə çox az vaxt keçirir. Dünyadakı təhsil təqviminə baxanda, bizim şagirdlərimiz məktəbdə az olur, çox tətil edir. Amma dünyanın bir çox yerində tədris təqvimi fərqlidir, düzgün planlanılır və bizim qədər tətil etmirlər. Bütün bunları nəzərə alaraq, bizim birdən 10 günlük tətil etməyimiz məqbul sayıla bilməz”.

Son xəbərlər