Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Braziliyalı futbolçu yeddi qol vurduğu matçdan sonra həbs olunub

11.10.2025 20:50 942
Braziliyalı futbolçu yeddi qol vurduğu matçdan sonra həbs olunub
Braziliyalı futbolçu Conatan Gerreyro Finlandiya çempionatında "Finnkurd" komandasının heyətində yeddi qol vurduğu matçdan sonra həbs edilib.

Bu barədə "Globo" portalı məlumat verib.

Məlumata görə, 34 yaşlı idmançının həbs olunmasına səbəb danışılmış oyunlarda iştirakı ilə bağlı şübhələr olub.

Final fitindən dərhal sonra meydançadan bütün çıxışlar bloklanıb və 20 yerli polis sahəyə daxil olub. "Finnkurd" oyunçularını yoxlamalar üçün ehtiyat oyunçular skamyasında oturmağa məcbur ediblər, rəqib futbolçuların isə ərazini tərk etmələrinə icazə verilib.

Gerreyro və digər iki braziliyalı idmançı saxlanılıb, lakin sonuncular mobil telefonları yoxlanıldıqdan sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, "Finnkurd" - "Espa/Renat" matçı 8:1 hesabı ilə başa çatıb. Qarşılaşma Finlandiya çempionatının beşinci divizionunda final matçı olub.

Son xəbərlər