Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Messi komandasını Çempionlar Kubokunda yarımfinala yüksəldib

10.04.2025 19:25 828
Messi komandasını Çempionlar Kubokunda yarımfinala yüksəldib
Argentinalı ulduz futbolçu Lionel Messi "İnter Mayami"ni Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunun yarımfinal mərhələsinə yüksəldib.

ABŞ təmsilçisi 1/4 finalın cavab oyununda bu ölkənin digər komandası "Los Anceles"lə üz-üzə gəlib.

Qarşılaşma "İnter Mayami"nin 3:1 hesablı qalibiyyəti ilə bitib. Görüşdə dubl edən Messi bir məhsuldar ötürmə ilə də yadda qalıb.

İlk görüşdə 0:1 hesabı ilə uduzan Mayami klubu yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, ABŞ təmsilçisi yarımfinalda Kanadanın "Vankuver" klubu ilə qarşılaşacaq.

Son xəbərlər