Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nardaranda bağ evlərindən 150 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - VİDEO

10.04.2025 17:57 576
Nardaranda bağ evlərindən 150 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb - VİDEO
Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evlərindən 150 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki evdən 150 min manat dəyərində qızıl, kameranın yaddaş qurğusu, notbuk və digər dəyərli əşyaların oğurlanması üzrə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin əməkdaşları şübhəli şəxsi müəyyən ediblər. Cinayəti törədən şəxs - əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı Seymur Talıbov saxlanılıb. O, ifadəsində qeyd edilən əməli törətdiyini və qızıl-zinət əşyalarını hissələrə ayıraraq satmağı planlaşdırdığını etiraf edib.

Polis əməkdaşları tərəfindən S.Talıbovun oğurladığı əşyaların bir hissəsi gizlədilən yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner