Mojo.az Banner
22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |    
Left Banner
Right Banner

Azərbaycanda cütlük insanların yazışmalarını ələ keçirərək satıb

10.04.2025 17:49 1 008
Azərbaycanda cütlük insanların yazışmalarını ələ keçirərək satıb
Azərbaycanda insanların "WhatsApp" yazışmalarını qanunsuz olaraq izləyən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini 2000-ci il təvəllüdlü M.Məcidov və yaşıdı Qazax rayon sakini S.İbrahimovaya Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, M.Məcidov informasiya texnologiyaları sahəsində çalışıb və bir müddət əvvəl həmin qadınla qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlayıb. Onlar "Instagram" sosial şəbəkəsində "Günay Ağayeva" adlı səhifə yaradaraq "WhatsApp" yazışmalarının izlənməsi və şifrələnmənin qırılması xidmətləri təklif ediblər.

Bundan sonra həmin şəxslər çox sayda müraciət alıblar. Vətəndaşlar "WhatsApp" yazışmalarını izləmək istədikləri şəxslərin nömrələrini saxta səhifəyə göndərərək xidmətə maraq göstəriblər və onlar üçün əhəmiyyət kəsb edən şəxslərin mobil nömrələrini səhifəyə yazıblar. Cütlük də kart nömrəsi göndərərək pul müqabilində bu xidməti göstərib.

Onlar bir nömrə ilə iki telefonda "WhatsApp" proqramının yüklənməsi və digər texnoloji addımlarla tanımadıqları şəxslərin şəxsi həyatına dair yazışmaları müxtəlif qiymətlərə "müştəri"lərə satıblar.

Lakin daha sonra sevgililər bəzi "müştəri"ləri şantaj etməyə başlayıblar. Cütlük vətəndaşların şəxsi yazışmalarını izlədiklərini deyəcəkləri hədəsi ilə eyni adamlardan yenidən pul tələb edərək almağa başlayıblar. Bu yolla qadınla kişi bir neçə vətəndaşdan 200, 400 və sair məbləğlərdə pulu hədə-qorxu yolu ilə alaraq ələ keçiriblər.

Şantaj olunduqlarını görən vətəndaşlar daha sonra polisə müraciət ediblər və cinayət işi açılıb.

Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə təqsirləndirilən şəxslər etdikləri əməlin cinayət olduğunu bilmədiklərini deyiblər. Məhkəmənin hökmü ilə hər iki şəxsə 5 il həbs cəzası verilib. Ev dustaqlığında saxlanılan M.Məcidov aprelin 3-də məhkəmə zalındaca həbs edilib. S.İbrahimovanın cəzasının icrası isə öhdəliyindəki azyaşlı uşaqların yetkinlik yaşına çatmasınadək təxirə salınıb.скачать dle 11.3
Mojo.az Banner