Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Minsklə İrəvan arasında yeni gərginlik: Paşinyan Müqəddəs Qriqori Kilsəsinin açılışına çağırılmayıb

10.04.2025 16:38 1 068
Minsklə İrəvan arasında yeni gərginlik: Paşinyan Müqəddəs Qriqori Kilsəsinin açılışına çağırılmayıb
Ermənistan tərəfi Minskdə Müqəddəs Maarifləndirici Qriqori Erməni Kilsəsinin bərpasından sonra açılış mərasiminə - təqdisinə dəvət almayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bir qədər əvvəl Ermənistan mediası Belarus paytaxtı Minskdəki Müqəddəs Maarifləndirici Qriqori Erməni Kilsəsinin 2025-ci ilin mayında təqdis olunacağı barədə məlumat paylaşıb.

Bununla bağlı erməni jurnalistlər Ermənistanın baş nazirinin ofisinə sorğu göndəriblər, baş nazir və ya digər yüksək rütbəli şəxslərin məbədin təqdis edilməsində iştirak etmək üçün dəvət alıb-almadıqlarını, əgər alıblarsa, Ermənistandan Minskə kimin gedəcəyini soruşublar. Lakin cavab XİN-dən gəlib.

"Sorğunuza cavab olaraq bildiririk ki, heç bir dəvət daxil olmayıb", - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, İrəvanla Minsk arasındakı münasibətlərdə gərginlik Lukaşenkonun İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı bəyanatlarından sonra yaranıb.

Paşinyan hələ 2024-cü ilin iyununda bəyan etmişdi ki, Lukaşenko bu ölkənin lideri olduğu müddətdə heç vaxt Belarusa səfər etməyəcək. İki ölkənin xarici işlər nazirlikləri 2024-cü ilin iyununda nota mübadiləsi aparıblar, avqustda isə Lukaşenkonun növbəti sərt bəyanatından sonra Belarusun İrəvandakı səfirliyinin binasına pomidor və kartof atılıb.скачать dle 11.3
Mojo.az Banner