Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

İzmirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr olunmuş panel-konfrans keçirilib

10.04.2025 13:59 1 011
İzmirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr olunmuş panel-konfrans keçirilib
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Bakı Dövlət Universiteti, Türkiyənin Dokuz Eylül Universiteti və İzmir Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin tərəfdaşlığı ilə 9 aprel 2025-ci il tarixində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində "20-ci əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və sürgünlər" mövzusunda panel-konfrans keçirilib.

Tədbirdən öncə panel-konfrans iştirakçılarını qarşılayan Dokuz Eylül Universitetinin rektoru professor Bayram Yılmaz onları universitetdə salamlamaqdan məmnun olduğunu ifadə edib, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin təhsil və elm sahəsində də möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb. Rektor bu təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirib və tədbirin uğurla keçəcəyinə əminliyini ifadə edib.

Tədbir iki ölkənin dövlət himnlərinin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra tədbirin moderatoru, Dokuz Eylül Universitetinin professoru Dilşen İnce Erdoğan iştirakçıları salamlayaraq panel-konfrans barədə məlumat verib.

Açılış nitqləri ilə çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) İdarə Heyətinin sədri Pərviz Altay bu tədbirin keçirilməsinin vacibliyindən, xüsusilə XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların tarixə əsaslanan faktlarla dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıblar.

Daha sonra panel müzakirələrinə start verilib. Paneldə Dokuz Eylül Universitetinin tarix fakültəsinin professoru Dilşen İnce Erdoğan, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Aydın Məmmədov, Aydın Adnan Menderes Universitetinin professoru Ahmet Toksoy və Dokuz Eylül Universitetinin İctimai-Hüquq fakültəsinin dosenti Uğur Samancı çıxış edərək 20-ci əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımları və deportasiyalar barədə elmi araşdırmalara əsaslanan təqdimatlarla çıxış ediblər. Məruzəçilər tarixi sənədlər və arxiv materialları əsasında soyqırımı hadisələrinin miqyasını, səbəblərini və nəticələrini təhlil ediblər.

Panel-konfrans iştirakçılar - yerli ictimaiyyət və universitet tələbələri tərəfindən böyük maraqla qarşılanıb və tədbirin sonunda mövzu ilə bağlı sual-cavab sessiyası təşkil olunub.

Qeyd edək ki, keçirilmiş panel-konfrans, 2024-cü ildə Türkiyənin Ege Universitetində təşkil olunmuş analoji mövzulu tədbirin davamı kimi gerçəkləşdirilib. Azərbaycan həqiqətlərinin beynəlxalq elmi platformalarda sistemli şəkildə təqdim olunması məqsədi daşıyan bu təşəbbüs çərçivəsində növbəti konfransın 11 aprel 2025-ci il tarixində Eskişehir şəhərindəki Anadolu Universitetində keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər