Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Zaxarova: "Aİ dünyanı İkinci Dünya müharibəsindən sonra ən böyük münaqişəyə itələdiyini başa düşmür"

09.04.2025 15:22 1 485
Zaxarova:
"Avropalılar dərk etmirlər ki, onların məsuliyyətsiz hərəkətləri İkinci Dünya müharibəsindən sonra ən böyük silahlı münaqişəyə səbəb ola bilər".

Median.Az
-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Brüsseldə hesab edirlər ki, Volodimir Zelenskinin mövqelərinin güclənməsinə "istəklilər koalisiyası" adlanan qurum kömək edəcək. Bu, Ukraynada münaqişədə birbaşa iştirak etməyə səbirsizlənən Şimali Atlantika alyansının üzv ölkələrinin ən radikal hissəsidir", - deyə o bildirib.

Zaxarova qeyd edib ki, onlar sammitlər təşkil edirlər, Baş Qərargah rəislərinin görüşlərini çağırırlar və eyni zamanda, dərk etmirlər ki, onların məsuliyyətsiz hərəkətləri nüvə dövlətlərinin iştirakı ilə İkinci Dünya müharibəsindən sonra ən böyük silahlı münaqişəyə səbəb ola bilər.

Rusiya XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, əsas təşviqatçılar Böyük Britaniya və prezident Emmanuel Makronun rəhbərlik etdiyi Fransadır.

Xatırladaq ki, Parisdə martın 27-də "istəklilər koalisiyası"nın sammiti keçirilib, burada təxminən 30 ölkənin nümayəndələri Ukrayna münaqişəsi başa çatdıqdan sonra Kiyev üçün mümkün təhlükəsizlik zəmanətlərini müzakirə ediblər. Əsas mövzulardan biri Ukrayna ərazisində hərbi kontingentin potensial yerləşdirilməsi olub. ABŞ bu sammitdə iştirak etməyib.

Son xəbərlər