Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Niyə gün ərzində daim yatmaq istəyirik? - Rusiyalı həkim səbəbini AÇIQLADI

08.04.2025 12:31 1 512
Niyə gün ərzində daim yatmaq istəyirik? - Rusiyalı həkim səbəbini AÇIQLADI
Gün ərzində yatmaq istəyi həm xəstəliklərlə, həm də insanın həyat tərzinin xüsusiyyətləri ilə bağlı ola bilər.

Bu barədə rusiyalı nevroloq, manual terapevt və tibbi ekspert Maksim Alekseyev "İzvestiya"ya müsahibəsində danışıb.

"Nə qədər şablon kimi səslənsə də, bizə rejim lazımdır. Orqanizmimiz nizamlılığı sevir. Məsələn, səhər saat 5-də o, artıq oyanmağa hazırlaşmağa, uyğun hormonları ifraz etməyə başlayır və əgər siz onların pik konsentrasiyasını əldən vermisinizsə, bundan sonra nominal olaraq daha çox yatsanız belə, gündüz gümrahlığını əldə edə bilməyəcəksiniz. Əgər həyatınızın ritmi dəyişibsə, o zaman orqanizm öz bioritmlərini yenidən kalibrləməlidir", - deyə ekspert bildirib.

Bundan əlavə, gün ərzində yatmaq istəyi qidalanmadan da qaynaqlana bilər. Həkimin sözlərinə görə, bol karbohidratlı doyurucu bir şam yeməyi sizə səhər gümrahlığını verməyəcək. Bundan əlavə, hətta yüngül susuzlaşma belə qan dövranını və beyinə oksigen daxil olmasını zəiflədir ki, bunun da nəticəsində süstlük yaranır.

"Həmçinin işıq çatışmazlığının da təsiri var - qaranlıqda insanın yuxuya getməsinə cavabdeh olan melatonin ifraz olunur. Qeyri-kafi işıqlandırma yuxululuğa səbəb olacaq", - deyə nevroloq qeyd edib.

"Monoton iş və ya rutin (gündəlik iş) beyin aktivliyini azaldır və enerjiyə qənaət etmək üçün "sönür". Oturaq həyat tərzi də orqanizmi "enerjiyə qənaət rejiminə" qoyur", - deyə Maksim Alekseyev digər səbəblərdən bəhs edib.

Gün ərzində yuxululuğa səbəb olan orqanizmdəki problemlərdən danışarkən, həkim dəmir çatışmazlığını qeyd edib ki, bu da çox sayda maddələr mübadiləsi prosesləri üçün zəruridir.

"Avitaminozlar, ilk növbədə D vitamini çatışmazlığı - ultrabənövşəyi radiasiyaya məruz qalmayan məkanlarda daimi şəkildə çalışan müasir işçilərdə gündüz yuxululuğun ilkin səbəbidir. Xroniki stress, böyrəküstü vəzilərin rezervlərinin və sinir sisteminin tükənməsi zamanla yuxululuğa, ümumi zəifliyə və depressiyaya səbəb olur", - deyə həkim vurğulayıb.

Bundan əlavə, qalxanabənzər vəzinin hormonlarının çatışmazlığı və yoluxucu xəstəliklər də təsir gücünə malikdir - zəif inkişaf edən gizli infeksiyalar çox vaxt gündüz yuxululuğuna səbəb ola bilər. Revmatoloji, onkoloji xəstəliklər, nadir nevroloji xəstəliklər də daimi gündüz yuxululuğunun səbəbi ola bilər.

"Lakin praktikada ciddi, qorxulu diaqnozlar nadir olduğuna görə onlar barədə ən son düşünmək lazımdır. İlk növbədə, həyat tərzinizi təhlil etməli və onu tənzimləməlisiniz. Əgər bu kömək etmirsə, terapevtə, nevroloqa və endokrinoloqa müraciət edin, onlar müayinə planını tərtib edəcək və diaqnozu müəyyən etməyə kömək edəcək", - deyə Alekseyev əlavə edib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner