Mojo.az Banner
18:21 "Qəbələ" milli komandamızın qolkiperi barədə qərar verdi  |     18:09 Nazirin müavinlərinin sayı artırıldı (FƏRMAN)  |     17:58 Namizəd Səfərovun məhkəməsi oldu  |     17:49 Bakıda nəvəsi az bal toplayan qayınata gəlininə xəsarət yetirdi  |     17:39 Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu  |     17:26 Bakıda 10 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi  |     17:14 10 aptekdə nöqsanlar aşkarlandı  |     17:09 Bakının mərkəzində iki yol bağlanacaq  |     17:00 Azərbaycanda repetitorluq ləğv ediləcək? - AÇIQLAMA  |     16:56 Bakıda minib-düşmə yeri zəbt edilib - VİDEO  |     16:51 “Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO  |     16:43 “AS Group”a aid olan “4You” MTK Bakıda yaşıllıqları məhv etdi - Materiallar prokurorluğa göndərildi  |     16:38 Xamenei ilə vida mərasimində 100 ölkədən nümayəndə iştirak edəcək  |     16:32 108 ildir insanların və gələcəyin keşiyində - VİDEO  |     16:25 Türkiyə sahillərində güclü zəlzələ oldu  |     16:20 Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb  |     16:12 Qatarla Ağstafa istiqamətində gedəcək sərnişinlərə ŞAD XƏBƏR  |     15:52 Paytaxtın dörd rayonunda su olmayacaq  |     15:49 Müəllimlərdən etiraz: "İndi dərs saatımız 8 manat 30 qəpikdən hesablanacaq" - Video  |     15:17 Türkiyənin məşhur komediya ustası saxlanılıb  |    
Left Banner
Right Banner

Sabiq direktor müavini məhkəmə zalından qaçdı

07.04.2025 15:56 783
Sabiq direktor müavini məhkəmə zalından qaçdı
Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham olunan sabiq direktor müavini Lalə Zakirova hökm oxunacağını eşidən kimi məhkəmə zalından qaçıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baş verib.

Lalə Zakirovanın 64 yaşı var. O, hazırda əvvəl direktor müavini işlədiyi mərkəzdə qarmon ixtisası üzrə müəllim işləyir. Barəsində hökmə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İttihama görə, xanım müttəhim mərkəzin direktor müavini işlədiyi vaxtda direktor Namiq Rzazadə ilə əlbir olaraq 64 min 400 manat dövlət vəsaitlərini mənimsəyib.

Namiq Rzazadə istintaq başlanan vaxt ağır xəstəliyə tutulduğundan onun işi ayrıca icraata götürülüb.

L.Zakirovanın cinayət işini Aynur Rzayevanın sədrlik etdiyi hakimlər araşdırıblar.

Amma yaşlı müttəhim ittihamlarla razılaşmayıb, ifadəsində ona böhtan atdıqlarını deyib:

"Anar Kərimov mədəniyyət naziri olanda mərkəzdə özbaşınalıq yaranmışdı. Həmin vaxt direktor işdən çıxmağımı tələb etdi, mən etiraz etdim. Sonradan bir yolla işdən çıxarılmağıma nail oldular. Amma mən yenə təslim olmadım. Məhkəməyə müraciət edib yenidən işimə qayıtdım. Vəzifə cinayətləri söhbəti də bundan sonra ortaya çıxdı".

Məhkəmə şahidləri dinlədikdən, dəlil və sübutları tədqiq etdikdən sonra təqsirləndirilən şəxsin dediklərini özünümüdafiə hesab edib.

Prokuror ittiham nitqində təqsirləndirilənin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinməsini, barəsində sanksiya həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini tələb edib. Son sözdən sonra məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib. Amma hakimlər qayıdanda müttəhimi zalda tapmayıblar. İcraçılar məlumat veriblər ki, Lalə Zakirova özünü pis hiss etdiyini deyərək bir neçə dəqiqəlik zaldan çıxıb. Bundan sonra bir daha geri qayıtmayıb.

Hökmə əsasən, L.Zakirovaya 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.скачать dle 11.3
Mojo.az Banner