Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Suqovuşanda beynəlxalq kanoe yarışı keçiriləcək

04.04.2025 18:22 1 086
Suqovuşanda beynəlxalq kanoe yarışı keçiriləcək
Azərbaycanda təşkil olunacaq "Prezident Kuboku-2025" beynəlxalq reqatası Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.

Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası məlumat yayıb.

Avropa Kanoe Assosiasiyasının rəsmi internet səhifəsində reqata haqqında geniş məqalə dərc olunub. Yazıda iştirakçı komandaların Bakıya gəlişi, açılış mərasimi, yarış və bağlanış günləri haqqında məlumat verilib.

Təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar bu il aprelin 28-də Bakıya gələcəklər. Bir gün sonra Mingəçevirdə "Prezident Kuboku-2025" beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Aprelin 30-da Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata mayın 1-2-də Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mayın 2-də final görüşləri keçiriləcək.

Qeyd edək ki, "Prezident Kuboku-2023" və "Prezident Kuboku-2024" beynəlxalq reqataları da Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilmişdi.скачать dle 11.3
Mojo.az Banner