Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Otaq yoldaşını öldürüb meyitin fotosunu qardaşına göndərdi

03.04.2025 22:43 846
Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Otaq yoldaşını öldürüb meyitin fotosunu qardaşına göndərdi
Bakıda ağır söyüşlərə görə otaq yoldaşını qətlə yetirən Hikmət Muxtarovun məhkəməsi başlayıb.

Median.Az Lent.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Hikmət Muxtarovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Məhkəmə iclasında ifadə verən Hikmət Muxtarov bildirib ki, hadisə baş verən axşam kafedə tanışları ilə pivə içiblər. Onlardan ikisi sağollaşıb getdikdən sonra Ülvi Qasımovla kirayədə qaldıqları mənzilə qalxıblar. Orada aralarında yaranan mübahisə zamanı Ülvi onun ünvanına ağır söyüşlər söyüb. Hikmət dəfələrlə ona xəbərdarlıq edib ki, nalayiq ifadələr işlətməsin. Bundan sonra, üzərinə bıçaqla gələn otaq yoldaşının əlindən mətbəx bıçağını alıb və ona 4 dəfə zərbə endirib. Zərbələrdən üçünü qarnına, axırıncını isə ürəyinə vurub. Hikmət Muxtarov əməlindən peşman olmadığını qeyd edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi ondan Ülvi Qasımovu öldürəndən sonra meyitinin fotoşəklini çəkib başqa şəxsə göndərməsinin səbəbini soruşub.

H.Muxtarov təsdiq edib ki, şəkli qardaşına məxsus "WhatsApp" tətbiqinə göndərib və adam öldürdüyünü bildirib.

Mərhumun əmisioğlu təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini istəyib.

Məhkəmə prosesi davam edəcək.

Qeyd edək ki, bu hadisə ötən il avqustun 4-ü gecə saat 1 radələrində Əliyar Əliyev küçəsindəki evlərdən birində qeydə alınıb. 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə 17-ci Polis Şöbəsindən Nərimanov Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Hikmət Muxtarovun mübahisə zəminində bıçaq zərbələri ilə tanışı Ülvi Qasımovu qətlə yetirməsi müəyyən edilib. H.Muxtarov şübhəli şəxs qismində saxlanılıb.скачать dle 11.3
Mojo.az Banner