Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Netanyahu Orbanı dəstəklədi: "Siz cəsarətli mövqe nümayiş etdirdiniz"

03.04.2025 18:26 1 242
Netanyahu Orbanı dəstəklədi:
İsrailin baş naziri Benyamin Netanyahu macar həmkarı Viktor Orbana Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlığa son qoymaq üçün cəsarətli qərarına görə təşəkkür edib.

Liderlərin Budapeşt görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Netanyahu BCM-i İsrailə qarşı qərəzlilik edən korrupsioner təşkilat adlandırıb.

"Təşəkkür edirəm, Viktor! Siz indicə BCM ilə bağlı cəsarətli və prinsipial mövqe nümayiş etdirdiniz. Bu, təkcə bizim üçün deyil, bütün demokratik ölkələr üçün vacibdir. Dəhşətli terror təhdidləri qarşısında varlığı uğrunda mübarizə aparan demokratik dövləti terrorçularla eyniləşdirən bu korrupsioner təşkilata qarşı çıxmalıyıq", - deyə İsrailin baş naziri vurğulayıb.

Onun fikrincə, BCM əsl cinayətkarları cəzalandırmaq əvəzinə ədalətli vasitələrlə ədalətli müharibə aparan İsraili ədalətsiz şəkildə mühakimə edir.

Netanyahu hesab edir ki, Budapeştin qərarı bütün sivilizasiya üçün vacibdir, çünki İsrail barbarlıqla üzləşir.

"Siz bu korrupsiya və tənəzzüldən qurtulan ilk dövlətsiniz və deyim ki, sonuncu deyilsiniz. Düşünürəm ki, bu, təkcə İsraildə deyil, dünyanın bir çox başqa ölkələrində də yüksək qiymətləndiriləcək", - deyə o əlavə edib.

Xatırladaq ki, Macarıstanın baş nazirinin aparat rəhbəri Qergey Quyaş hökumətin bu məhkəmə orqanının həddindən artıq siyasiləşməsi səbəbindən BCM ilə əməkdaşlığı dayandırmaq qərarını açıqlayıb. Onun sözlərinə görə, BCM ilkin məqsədindən kənara çıxıb və məhkəmədən siyasi instituta çevrilib ki, burada siyasət məhkəmə sistemini əvəz edib.скачать dle 11.3
Mojo.az Banner