Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Hotelə qızıl külçələr apararkən saxlanılan polkovniklə bağlı YENİ QƏRAR - Hadisənin GÖRÜNTÜLƏRİ (VİDEO)

02.04.2025 20:01 1 074
Hotelə qızıl külçələr apararkən saxlanılan polkovniklə bağlı YENİ QƏRAR - Hadisənin GÖRÜNTÜLƏRİ (VİDEO)
İstanbul Hava Limanından çıxıb hotelə gedərkən 70 kiloqram çəkidə qızıl külçələrlə saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədovun cinayət işi üzrə aparılan 4 aylıq ilkin istintaq müddəti işin həcminə görə kifayət etməyib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsində əlavə istintaq tədbirlərinin aparılması üçün məhbusun həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

Məhkəmə qarşılıqlı hüquqi yardım çərçivəsində Türkiyə hüquq-mühafizə orqanları ilə birgə geniş prosessual hərəkətlərin aparıldığını, iş üzrə zəruri halların araşdırılmasının vacibliyini nəzərə alaraq müraciəti təmin edib.

Qərara əsasən, Q.Məmmədovun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Qəhrəman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanından çıxıb hotelə gedərkən çantasından ümumilikdə 10 milyon 220 min 900 manat dəyərində 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub.

Bu səbəbdən DTX-də başlanan cinayət işi çərçivəsində Məmmədov həbs edilib. O, ölkə hüdudlarından kənarda qaçaqmalçılıq və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirləndirilir.скачать dle 11.3



Mojo.az Banner