Mojo.az — elanlar
Son Xəbərlər
22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür

02.04.2025 11:42 1 200
Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
Bu gün Aprel döyüşlərinin başlamasından doqquz il ötür.

Azərbaycan Ordusu 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb.

Ermənistan isə bu xülyaya qapılmışdı ki, guya Azərbaycana dərs verəcək, amma bunun tam əksi baş verdi.

Azərbaycan dördgünlük müharibə ilə Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 000 hektardan çox hissəsini azad edib və daha çox ərazi əməliyyat baxımından hərbçilərimizin nəzarəti altına keçib.

Azərbaycan Ordusu Aprel zəfəri ilə Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi. Çünki döyüşlər zamanı hərbçilərimiz "Ohanyan müdafiə xətti"ni cəmi 20 dəqiqəyə yarmışdılar.

Azərbaycan Aprel döyüşlərində ən müasir silahlardan - "Harop" pilotsuz kamikadze aparatlarından, "cəhənnəm silahı" adlandırılan "TOS-1A" ağır odsaçan artilleriya sistemlərindən istifadə etmişdi, bu isə Ermənistanı əməlli-başlı qorxudurdu.

Ordumuz Aprel döyüşlərində Lələtəpə yüksəkliyini, Talış yüksəkliyini və digər bir sıra mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin işğaldan azad olunması Cəbrayılın Cocuq Mərcanlı qəsəbəsinin və Füzulinin Horadiz şəhərinin təhlükəsizliyini təmin edib.

Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dan çox tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 1 000-dən artıq döyüşçüsü yaralanıb.

Döyüşlərdən sonra bir sıra yolların - Goranboyun Gülüstan kəndi, Tərtərin Suqovuşan (həmin zamanlar Madagiz adlanırdı) üzərindəki yolların nəzarətdə saxlanılması təmin edilib.

Əməliyyatlar aprelin 5-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin Moskva razılaşmasına əsasən dayandırılıb.

Aprel döyüşləri Azərbaycan üçün böyük zəfərin başlanğıcı idi. Dördgünlük müharibə işğalda qalan torpaqların Vətən müharibəsində azad edilməsində həlledici rol oynadı.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra postmünaqişə dövründəki açıq qalan məsələlələri tənzimləyən 10 Noyabr Bəyanatının müddəalarının da yerinə yetirilməsində qətiyyət göstərir.

2022-ci ilin martında Fərrux dağı və eyniadlı kənd nəzarətə götürülüb.

2022-ci ilin avqustun 3-də Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Ardınca isə Buzdux və digər hakim yüksəkliklər də ordumuzun nəzarətinə keçib.

Həmin ilin avqust ayının axırlarında Laçın şəhəri, Zabux və Sus kəndlərinə nəzarət bərpa edilib.

2023-cü ilin mart ayı ərzində Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimaldan keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında hərbi tədbirlər görülüb.

Bundan sonra isə Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Onu da xatırlatmaq yerinə düşər ki, 2021-ci ilin noyabrında və 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı toqquşmalar baş verib.

Bundan sonra Azərbaycan böyük ərazini nəzarətdə saxlamağa imkan verən yüksəklikləri nəzarətə götürüb.

19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycan silahlı qüvvələrinin Rusiya sülhməramlı kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıb.

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vurulub. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilib. Separatçıların əsas rəhbərləri həbs ediliblər. Düşmənin qüdrətli Ordumuzun qarşısında 23 saat 50 dəqiqə dayanmağa gücü çatıb.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının bir qisim vətəndaşları hazırda Bakıda keçirilən ədalət məhkəməsində əməllərinə görə cavab verirlər.

Son xəbərlər