Mojo.az — elanlar
Son Xəbərlər
11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |     11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabiq deputatın tikintisi dayandırıldı

01.04.2025 21:49 624
Sabiq deputatın tikintisi dayandırıldı
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi paytaxtın Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında "Kəpəz MTK”ya məxsus hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlərlə bağlı açıqlama yayıb.
Komitədən "Qafqazinfo”ya bildirilib ki, məsələ ilə bağlı bu gün qurum tərəfindən əraziyə baxış keçirilib və razılaşdırılmamış işlərin həyata keçirildiyi müəyyən edilib.

Qeyd olunub ki, aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən dayandırılıb və aktlaşdırılıb. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində müvafiq nəzarətin təmin edilməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciət edilib.

Onu da əlavə edək ki, yerli mətbuatda yayılan məlumatlara görə, "Kəpəz MTK” sabiq millət vəkili Mahir Aslanova məxsusdur. Bundan başqa, onun biznesinə "Happy inn” hotel, "Kəpəz Hospital” və "Kəpəz Group”un da daxil olduğu bildirilir.

"Kəpəz MTK” ilə bağlı daha öncə də bir sıra şikayətlər olub.

Son xəbərlər