Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

İlon Mask dünyanın ən varlı adamı oldu

01.04.2025 18:03 1 812
İlon Mask dünyanın ən varlı adamı oldu
ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask dünyanın ən varlı milyarderləri siyahısına başçılıq edir.

Bu barədə "Forbes" jurnalının 39-cu reytinqində bildirilir.

Nəşrin məlumatına görə, onun sərvəti 342 milyard dollar dəyərində qiymətləndirilir.

İkinci yeri sərvəti 216 milyard dollar təşkil edən "Meta" korporasiyasının rəhbəri Mark Zukerberq tutub. Üçüncü yerdə isə 215 milyard dollarlıq sərvətlə "Amazon"un qurucusu Ceff Bezos qərarlaşıb. Növbəti sırada "Oracle" korporasiyasının yaradıcılarından biri olan Larri Ellison gəlir ki, onun sərvəti 192 milyard dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, 2024-cü ildə siyahıya LVMH ("Louis Vuitton Moet Hennessy") şirkətlər qrupunun sahibi, milyarder Bernard Arno başçılıq edirdi. Lakin 2025-ci ildə Arno və ailəsi 178 milyard dollarlıq sərvətlə beşinci yerdə qərarlaşıb.

Jurnalın siyahısına ümumi sərvəti 16,1 trilyon dollar təşkil edən 3 000-dən çox insan daxil edilib. "Forbes"un qeyd etdiyi kimi, ilk dəfə üç nəfər 200 milyard dollardan çox sərvətə sahibdir.

Son xəbərlər