Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobillərin ekranında oyun oynamaq dövrü başlayır

01.04.2025 12:48 1 113
Avtomobillərin ekranında oyun oynamaq dövrü başlayır
Texnologiya nəhəngi "Google" tərəfindən hazırlanmış "Android Auto" əməliyyat sistemi avtomobil əyləncələri sahəsində irəliləyişə imza atıb. Belə ki, artıq "Android Auto 14.1"in yeni beta versiyası sensor ekranla təchiz edilmiş avtomobilin media sistemində birbaşa oyunların işə salınmasını dəstəkləyir.

Bu barədə "9to5Google" nəşri xəbər yayıb.

Bildirilir ki, funksiya sürücülər və sərnişinlər üçün dayanacaqlar və parklama zamanı sevimli oyunlarından həzz almağa imkan verir.

Hazırda dörd populyar oyun mövcuddur: "Candy Crush", "Angry Birds", "Farm Heroes Saga" və "Beach Buggy Racing".

"Android Auto" tərtibatçıları təhlükəsizliyi də nəzərə alıblar: Oyunlar yalnız avtomobil hərəkətsiz vəziyyətdə olduqda işləyir. Nəqliyyat vasitəsi hərəkətə başlayanda oyun dərhal bağlanır və yenidən başlatmaq mümkün olmur.

Avtomobildə oyunlardan istifadə üçün əvvəlcədən onları "Android Auto" ilə əlaqələndirilmiş smartfona yükləmək lazımdır. Bütün oyunlar tam ekran rejimində açılır, maksimum immersiya və idarəetmə rahatlığı təmin edir. Bort kompüterinin idarəetmə elementlərinə daxil olmaq üçün ekrana toxunmaq və aşağı sürüşdürmək kifayətdir.скачать dle 11.3
Mojo.az Banner