Mojo.az Banner
23:01 SEPAH "Amazon"un bulud hesablama mərkəzinə zərbə endirdi  |     22:55 Dünya çempionatından kənarda qalacaq ulduzlar (SİYAHI)  |     22:46 “Vəkiləm” deyib aldatdı – polis saxladı  |     22:39 Gürcüstanda azərbaycanlı gənc qətlə yetirildi  |     22:31 Salyanda yaşayış evi yandı  |     22:26 Donald Tramp öz tərəfdarlarını Bryus Sprinqstinin konsertlərini boykot etməyə çağırdı - FOTO  |     22:20 Azərbaycanda 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır  |     22:13 ABŞ-da itkin düşən qız 32 il sonra sağ tapıldı  |     22:08 Azərbaycanın "Avroviziya"da çıxış nömrəsi açıqlandı  |     21:59 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     21:53 İran və Rusiya XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə edib  |     21:48 Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK  |     21:40 Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirrlik açıqladı  |     21:34 ABŞ-nin Baş prokuroru istefa verdi  |     21:26 Fransalı deputat terrorçuluğa bəraət qazandırma ittihamı ilə saxlanılıb  |     21:21 Ağdaşda 28 yaşlı qadın itkin düşüb - FOTO  |     21:13 Füzuli Şeydayev qəfil VƏFAT ETDİ  |     21:00 Kənddə evin həyətində qadın meyiti tapıldı  |     20:53 Hərbi-Həkim komissiyasının sabiq rəisinin MƏHKƏMƏSİ BAŞLAYIR  |     20:49 Qoz, yoxsa badam: Hansı beyin üçün hansı daha faydalıdır?  |    
Left Banner
Right Banner

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ombudsman bəyanat yayıb

31.03.2025 13:17 963
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ombudsman bəyanat yayıb
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) bəyanat yayıb.

Bəyanatda bir əsrdən artıq müddətdə azərbaycanlıların ermənilər tərəfindən məqsədyönlü şəkildə soyqırımı və etnik təmizləmə siyasətinə məruz qaldıqları qeyd olunur.

Bildirilir ki, bu siyasətin tərkib hissəsi olaraq türk və müsəlman olan azərbaycanlılara qarşı hələ XX əsrin əvvəlindən etibarən Azərbaycanda və indiki Ermənistan ərazisində sistematik şəkildə və xüsusi amansızlıqla soyqırımı cinayətləri törədilib.

"1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı aktları tariximizin ən qanlı səhifələrindən biri, o cümlədən etnik və dini nifrət zəminində kütləvi şəkildə törədilmiş qırğınlar kimi yaddaşlarda həkk olunub. Erməni millətçilər tərəfindən aparılan antimüsəlman, anti-Azərbaycan siyasəti kütləvi qırğınlar, kənd və şəhərlərin, tarixi, dini, mədəni abidələrin, qəbiristanlıqların dağıdılması, ailələrin tamamilə məhv olunması, azərbaycanlıların öz doğma torpaqlarından zorla qovulması ilə nəticələnib.

Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Sabirabad, Salyan, Kürdəmir və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar bu torpaqlarda azərbaycanlıların varlığını silmək məqsədini daşıyıb.

Belə ki, Mart hadisələri zamanı Şamaxı qəzasının 110 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi ermənilər tərəfindən yandırılaraq tamamilə dağıdılıb, günahsız əhalisi amansızlıqla qətlə yetirilib. Bu cinayət əməlinin qəddarlıqla, amansızcasına və vandallıqla törədilməsi izlərini özündə əks etdirən, Quba şəhərində sonradan tapılmış həmin dövrə aid saysız-hesabsız insan sümükləri bu qətliamların bilavasitə icraçıları olan ermənilərin günahsız insanları məhz azərbaycanlı olmaları səbəbindən nifrət zəminində məhv etdiklərini bariz şəkildə sübut edir.

Təsdiqlənmiş sənədlər və tarixi qeydlərin mövcudluğu bu vəhşiliklərin təkzibedilməz göstəricisidir. Arxiv məlumatları, sağ qalan şahidlərin ifadələri, o cümlədən digər hüquqi sənədlər baş vermiş qətliamların miqyasını ətraflı izah edir, bu hadisələrin ayrı-ayrılıqda deyil, etnik təmizləməyə yönəldiyini və planlı şəkildə törədildiyini təsdiq edir. Bu sənədlərin təhlili törədilmiş cinayətlərin, beynəlxalq hüquqa əsasən, məhz soyqırımı cinayəti olduğunu sübut edir.

Təəssüflər olsun ki, tarix boyu etnik zəmində soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməyib.

Ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olunmaqla, soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi məqsədilə müvafiq tədqiqatların aparılmasına, həqiqətlərin üzə çıxarılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıldı.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymətin verilməsi, beynəlxalq səviyyədə tanınması və soyqırımı qurbanlarının xatirəsinin geniş şəkildə anılması bəşəriyyət əleyhinə törədilmiş bu kimi cinayətlərin bir daha təkrarlanmaması və qarşısının alınması baxımından olduqca vacibdir.

Beynəlxalq ictimaiyyət azərbaycanlılara qarşı törədilmiş silsilə etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verməli, 1918-ci ildə törədilmiş cinayət əməllərini soyqırımı kimi tanımalı, tarixi və hüquqi ədalətin bərpa olunmasına ciddi səylər göstərməlidir", - deyə bəyanatda bildirilir.скачать dle 11.3
Mojo.az Banner