Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:48 Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər | 14:33 Ərdoğan Azərbaycan xalqını təbrik etdi | 14:20 İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi | 14:13 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi | 14:02 Mingəçevirdə gənc bıçaqlanıb | 13:44 İqtisadi artım əhalinin rifahında nə dərəcədə hiss olunacaq? – Professor 2027-ci ilin proqnozlarını şərh etdi | 13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto |
Mojo.az Avto
Mojo.az Avto

Sevgilisinə "səninlə evlənəcəyəm" deyib aldatdı: Anasının sonunu gətirdi

28.03.2025 22:18 594
Sevgilisinə
Oğlan münasibətdə olduğu qızın anasını hədələyib və öldürüb. Lətifə Şirinova (şərti ad və soyad) qızı Zibər (şərti ad) ilə Bakıda bina evində yaşayır və mebel mağazasında satıcı işləməklə dolanışığını təmin edirdi.

O, bir gün qızı Zibərin seçimi olan Xəyalı (şərti ad) evlərinə qonaq çağırır. Xəyal ilk görüşdən dürüst bir insan təəssüratı bağışlasa da, həyat yoldaşı və iki övladını tərk etmiş biri idi. Həmin gün Xəyal Lətifə xanımın suallarını nəzakətlə cavablandırır. Lətifə qızının seçimi olan Xəyaldan razı qalır. Ertəsi gün Zibər anasının evdə olmamasından istifadə edərək Xəyalı dəvət edir.

Xəyal Zibərə xoş sözlər deyir və onunla intim münasibətdə olur. Elə həmin gün Xəyal birbaşa Lətifənin işlədiyi mebel mağazasına yollanır. Xəyal "mən qızınla intim münasibətdə olmuşam, onun bakirəliyini pozmuşam, əvəzində onunla evlənmək üçün mənə pul verməlisən" deyir.

Ertəsi gün Xəyal arxayınlıqla mebel mağazasına gəlir və birbaşa mətləbə keçir. Xəyal mebel salonuna gələndə xəbəri yox idi ki, Lətifə onun səsini yazmaq üçün artıq öncədən hazırlaşıb. Oğlanın telefona yazılan səsini dinləyən Zibər ağlamağa başlayır və anası onu sakitləşdirir.

Daha sonra o, Xəyala zəng edərək hər şeydən xəbərdar olduğunu, anasının onun səsini telefona yazdığını, heç nədən qorxmadığını və hər şeyin bitdiyini deyir. Xəyal telefon danışığını bitirdikdən sonra əsəbiləşir və birbaşa Zibərin yaşadığı məhəlləyə yollanmaq qərarına gəlir. O, Lətifə və Zibəri binanın girişinə qədər izləyir və daha sonra qızın anasının üzərinə hücum çəkir.

Zibər anasını qorumağa çalışsa da, Xəyal onu itələyərək cibindən çıxardığı bıçaqla Lətifəyə ard-arda bıçaq zərbələri endirməyə başlayır. Nəticədə, Lətifə dünyasını dəyişir. Xəyal cinayət yerindən qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilir.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər