Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Brüssel müharibəyə hazırlaşır”

28.03.2025 19:36 786
“Brüssel müharibəyə hazırlaşır”
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) avropalı ailələrin 72 saatlıq ərzaq ehtiyatına malik olmaq çağırışının arxasında müharibənin dayandığını bildirib. 

O bu barədə yerli mediaya müsahibəsində deyib. 

"Onların Brüsseldən bütün avropalı ailələrə 72 saatlıq ərzaq ehtiyyatına malik olmaq mesajları göndərməsi gülməli görünür, lakin bunun arxasındakı düşüncə qorxuncdur. Onlar nəyəsə hazırlaşırlarmı? Hazırda mən Avropanın müharibə ilə təhdid edildiyini görmürəm. Görünür, Brüssel müharibəyə davam etmək istəyir. Onlar Ukraynanı dəstəkləməklə bu müharibəyə qoşulublar. Biz sülhün tərəfindəyik, silah tədarük etmirik. Lakin müəyyən ölkələr var ki, mən Brüsselin onların vəkili kimi çıxış etdiyini görürəm. Onlar bu müharibəni daha da dərinləşdimək istəyirlər, sülhməramlılar, əsgərlər haqqında danışırlar. Bu 72 saatlıq qida çağırışının arxasında dərin müharibə hazırlıqları getdiyini hiss edirəm. Macar ailələrə bildirmək istəyirəm ki, onların qeyri adi heç nəyə ehtiyacları yoxdur. Yəni, Macarıstan müharibəyə qoşulmayacaq, Avropa qoşulsa belə biz sülhün tərəfində olacağıq”, - Orban qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Avropa İttifaqı (Aİ) üzv ölkələrdən kritik avadanlıq ehtiyatlarını artırmağı və xalqı fövqəladə hallar üçün ən azı 72 saat ərzində kifayət qədər təchizata malik olmağı tələb edib. Bu tələbin Avropanın böhranlara qarşı daha hazırlıqlı olması ilə bağlı verildiyi bildirilib. //Qafqazinfo

Son xəbərlər