Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə məktəblilər arasında baş verən bıçaqlanmanın DETALLARI

27.03.2025 22:48 678
Şəkidə məktəblilər arasında baş verən bıçaqlanmanın DETALLARI
Şəkidə məktəblinin bıçaqlanmasının səbəbi sirr olaraq qalır. Hazırda rayon polis şöbəsində araşdırma gedir və bütün detallar həmin araşdırmalardan sonra bəlli olacaq.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün Şəkidə iki nəfər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Nəticədə gənclərdən biri bıçaq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkmişin müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

İlkin araşdırmalarla gənclərin 16 yaşında və hər ikisinin məktəbli olduğu məlum olub. Lakin bəzi məqamlar nəzərə alınaraq onların adları hələlik qeyd olunmur.

Baş vermiş hadisə ilə bağlı əvvəlcə zərərçəkmişin yaşadığı ünvana yollandıq. Qapı bağlı olduğundan atasına zəng etdik. Zərərçəkmişin atası hadisə haqda danışmaq istəmədi. Sadəcə onu qeyd etdi ki, uşaq cərrahiyyə əməliyyatı olunub və hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

Hadisənin baş verdiyi məkanla bağlı adının çəkilməsini istəməyən qonşulardan məlumat aldıq.

Əldə etdiyimiz məlumata görə, eyni məhəllədə yaşayan məktəblilərin Şəkidə hamının keçmiş gübrə zavodu yaxud çirkli suların emalı stansiyası kimi deyilən ərazidə mübahisəsi yaranıb. Nəticədə onlardan biri digərinə bıçaqla xəsarət yetirib. Maraqlıdır ki, hadisə yerində nə qan izi, nə də başqa bir əlamətə rast gəlmədik.

Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin həkimi Dövlət Cəfərova zərərçəkmişin son vəziyyəti ilə bağlı bunları qeyd edib: “Xəstəyə ilkin baxış keçirilikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona ilkin təxirəsalınmaz yardım göstərildikdən sonra xəstə reanimasiya şöbəsinə köçürülüb. Hazırda xəstənin vəziyyəti stabildir”.

DİN Mətbuat Xidməti Şəki regional qrupunundan isə bildirildi ki, ilkin araşdırmalarla 16 yaşlı yeniyetmənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına xəsarət yetirdiyi məlum olub. Həmyaşıdına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Zərərçəkmişin xəsarəti ilə bağlı məhkəmə tibbi ekspertizası təyin olunub. Faktla bağlı araşdırmalar davam edir.скачать dle 11.3
Mojo.az Banner