Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Yasamalda evi uçurdulan qadın danışdı

27.03.2025 17:42 777
Yasamalda evi uçurdulan qadın danışdı
"Mən 35 ildir, bu ünvanda yaşayıram. Evimizin çıxarış sənədi var. "Melissa Park” şirkəti ilə heç bir razılığımız olmayıb. Qonşularımız ilə danışıblar, onlara söküntüyə görə istədikləri qədər ödəniş ediblər. Bizə də müraciət edəcəklərini gözləmişik, lakin heç bir danışıq olmayıb”.

Median.Az xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva deyib.

O, fikirlərinə belə davam edib:

"2024-cü il dekabrın 24-də üzərində oğlumun - yəni ev sahibinin adı, içində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq. Orada bizim evə 173 min manat qiymət, evi boşaltmağımız üçün də 10 gün vaxt verilib. Oğlum həmin gün məktubu təkzib edərək geri göndərib və şirkət nümayəndəsi Tural Vəliyevlə danışıb. O da oğluma bildirib ki, bu, formal məktubdur, alınan bütün evlərin sahiblərinə göndərilib, danışıqlar davam edəcək”.

E.Hacıyeva vurğulayıb ki, problemlər bundan sonra başlayıb:

"Həmin gündən evin hər yanında ağır texnika ilə işləyir, evə təzyiq göstərirlər. 3 yaşında nəvəm stolun altında yaşayır. Evdə 5-6 ballıq zəlzələ hiss edirik. Hər ailə üzvümüz evdə zəlzələ çantası saxlayır”.

O deyib ki, dünən saat 17:30-da üzündə maska olan şəxs evin yaxınlığında ekskavator saxlayıb:

"Adam maska geyinmişdi. Oğluma tapşırdım ki, nəvəmi evdən çıxarsın. Biz dörd qadın və oğlum gecəni yatmadıq. Gecə saat 4-də işığımızı kəsdilər. Həyətə çıxıb baxdıq ki, kanalizasiya xəttini də dağıdıblar. Həmin vaxt Prezident Administrasiyasına, "Azərişıq” ASC-yə, Daxili İşlər Nazirliyinə müraciət etdik. Kameraları deaktiv etmişdilər”.

Qadın əlavə edib ki, evin uçurulması bu gün 10:30-da baş verib:

"Səsə baxdım ki, ekskavator sürən maskalı oğlan və bir də nəzarətçi dayanmışdı. Sonra anidən səs qopdu. Mən qışqırdım ki, evdəyik, amma uçurdular. Hadisə zamanı onkoloji xəstə olan bacımın qoluna daş düşdü, mənim isə şüşə qolumu kəsdi.

Aşağı düşüb ekskavatorun qarşısında dayanıb dedim, etmə, mən sənin anan yaşındayam. Ekskavatorun çömçəsini başımın üstündə saxladı, sonra geri çəkib sürətlə uzaqlaşdı”.скачать dle 11.3
Mojo.az Banner