Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |    
Mojo.az Avto
Mojo.az Avto

İranın xarici işlər naziri: Müharibəyə hazırıq

24.03.2025 22:30 669
İranın xarici işlər naziri: Müharibəyə hazırıq
İran ABŞ ilə birbaşa danışıqların şərtini açıqlayıb.

"Report” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Vaşinqton Tehrana qarşı siyasətini yenidən tənzimləməsə, İran ABŞ ilə birbaşa danışıqlara getməyəcək.
Nazir indiki vəziyyətdə ABŞ ilə birbaşa danışıqları rədd edib: "”Maksimum təzyiq kampaniyası” adlanan və İrana qarşı təkrarlanan təhdidlər Vaşinqtonla danışıqlara getməyi qeyri-mümkün edir. Bu, bizim qəti və aydın siyasətimizdir. ABŞ-nin İrana münasibətində əsaslı dəyişiklik olana qədər birbaşa danışıqlar aparılmayacaq".

"Bizim məqsədimiz milli maraqları və təhlükəsizliyi təmin etməkdir. Güzəştə getməyəcəyik”, - o, əlavə edib.

Nazir, həmçinin ölkəsinin istənilən ssenariyə hazır olduğunu diqqətə çatdırıb: "Əminəm ki, kimsə İrana hücum etmək ağlına belə gəlməyəcək. Çünki onlar bunun nəticələrini bilirlər. Heç bir müharibə olmayacaq. Çünki biz buna hazırıq”.

Son xəbərlər