Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ bunker bombalarını gündəmə gətirdi: İsrail vasitəsilə İrana təzyiq ssenarisi

17.06.2025 12:50 1 272
ABŞ bunker bombalarını gündəmə gətirdi: İsrail vasitəsilə İrana təzyiq ssenarisi
ABŞ administrasiyası İsrailə bunker əleyhinə bombalar verməyi nəzərdən keçirir. Belə bir addım bu həftə baş tuta bilər. Tehranın nüvə proqramı ilə bağlı yeni danışıqlar ərəfəsində bu, İrana qarşı ciddi təzyiq vasitəsi ola bilər.

Bu barədə "Axios" portalı öz mənbələrinə istinadən bildirib.

Bildirilir ki, hazırda İsrailin arsenalında olmayan bu cür silahlar İranın yeraltı nüvə obyekti olan Fordonu potensial məhv etmək üçün lazımdır.

Portal həmçinin Ağ Evin ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçı arasında mümkün görüş barədə Tehranla danışıqlar apardığı məlumatını təsdiqləyib. Görüş bu həftə baş tuta bilər.

ABŞ tərəfi nüvə sazişinin bağlanmasını və İsrail ilə İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan diplomatik təklifi müzakirə etmək niyyətindədir.

Son xəbərlər