Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Google" Novruz bayramı münasibətilə dudl hazırlayıb

20.03.2025 12:19 1 134
"Google" axtarış sistemi Azərbaycanın ən sevimli bayramlarından biri olan Novruzu özünəməxsus tərzdə qeyd edib.

Şirkət bu il də ənənəsinə sadiq qalaraq, Novruz bayramı münasibətilə xüsusi dudl hazırlayıb.

"2025 Novruz bayramı" adlı dudlda bu qədim bayramın əsas simvolları olan Keçəl, səməni, eləcə də baharın gəlişini müjdələyən çiçək açan ağaclar və qaranquşlar təsvir olunub. Dudl istifadəçiləri virtual olaraq Novruz ab-havasına qərq edir və bayram sevincini yaşadır.

Qeyd edək ki, dudl "Google" axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibətilə yaradılan xüsusi açıqcaların adıdır. Şirkət mütəmadi olaraq müxtəlif bayramlar və tarixi hadisələrlə bağlı maraqlı dudllar hazırlayır.

Azərbaycanda Novruz bayramı hər il martın 20-21-i qeyd edilir. Bu il yaz fəsli Bakı vaxtı ilə saat 13:01:25-də ölkəmizə daxil olacaq. Astronomik baxımdan bu, gecə ilə gündüzün bərabərləşdiyi, Günəşin düz şərqdə doğub, qərbdə batdığı andır. 2025-ci ildə yaz fəslinin müddəti 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Novruz Azərbaycan xalqının qədim zəngin mədəni irsinin tərkib hissəsidir. 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilən bu bayram bir çox türk xalqları tərəfindən qeyd olunur. Bayram ərəfəsində insanlar təmizlik işləri aparır, xüsusi şirniyyatlar bişirir, yeni paltar alır və bir-birini təbrik edirlər.

Son xəbərlər