Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:55 Bu yollarda sıxlıq var - SİYAHI | 18:31 TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq | 18:24 Yasamalda üç nəfərin öldüyü yanğında anasını itirən Ləman məhkəmədə ilk dəfə ifadə verdi | 18:20 Sabahdan güclü külək başlayır - Xəbərdarlıq | 17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Sahibə Qafarovaya "Şərəf" ordenini təqdim edib (YENİLƏNİB)

19.03.2025 14:50 1 410
İlham Əliyev Sahibə Qafarovaya
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona "Şərəf" ordenini təqdim edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, Sahibə Qafarovanı salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli Sahibə xanım, sizi yubileyiniz münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Siz uzun illərdir Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayırsınız. Milli Məclisin deputatı kimi 15 il və Milli Məclisin sədri kimi beş ildir, uğurlu fəaliyyət göstərirsiniz. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm, həm seçicilərlə daim təmasda olursunuz, eyni zamanda, ölkəmizin milli maraqlarını beynəlxalq arenada müdafiə edirsiniz və öz işinizlə ölkəmizin ümumi inkişafına dəyərli töhfə verirsiniz. Bu yubiley günündə mənim Sərəncamımla siz "Şərəf" ordeni ilə təltif olunmusunuz. İcazə verin, bu ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev "Şərəf" ordenini Sahibə Qafarovaya təqdim edib.

Sahibə Qafarova: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sahibə Qafarova dedi:

- Çox sağ olun, çox minnətdaram. Möhtərəm cənab Prezident, icazə versəniz, mən bir neçə söz deyərdim.

Möhtərəm cənab Prezident, bu yüksək təltifə görə dərin və səmimi minnətdarlığımı bildirmək istərdim. Onu da qeyd etmək istərdim ki, mən bu yüksək təltifi Azərbaycan Respublikası Milli Məclisinin işinin qiymətləndirilməsi kimi dəyərləndirirəm. Əmin etmək istəyirəm, möhtərəm cənab Prezident, həm Milli Məclisin bir üzvü kimi, həm Milli Məclisin sədri kimi, ümumiyyətlə Milli Məclis adından demək istərdim ki, bizim hər birimiz Sizin apardığınız siyasətə həmişə parlament səviyyəsində dəstək olacağıq. Xalqın təmsilçiləri olaraq bütün Milli Məclis xalqın rifahı üçün parlament səviyyəsində əlindən gələni edəcək. Mənim haqqımda dediyiniz sözlərə görə Sizə çox minnətdaram. Mən ömür boyu işləmişəm ki, cəmiyyətimizə həmişə hansısa bir xeyir gəlsin. Mən əminliklə demək istəyirəm ki, bundan sonra da işlədiyim zaman Milli Məclisin sədri kimi, bir insan kimi, Azərbaycan vətəndaşı kimi həmişə əlimdən gələni edəcəyəm ki, işlədiyim yerdə öz vəzifəmi yerinə yetirim. Mən Sizə çox minnətdaram.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

* * * * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona "Şərəf" ordenini təqdim edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Son xəbərlər