Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda doqquz bağlanmış bankın əmlakları hərraca çıxarılır

18.03.2025 17:09 1 536
Azərbaycanda doqquz bağlanmış bankın əmlakları hərraca çıxarılır
Aprelin 1-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Günay Bank", "NBC Bank", "Zamin Bank" ASC-lərin, aprelin 2-də "Atra Bank" ASC-nin, aprelin 9-da isə "Texnika Bank", "Qafqaz İnkişaf Bankı", "NBC Bank" və "AGBank" ASC-lərin, eləcə də "Bank Standard" QSC-nin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Məlumata görə, söhbət "Günay Bank"a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3a ünvanında dəyəri 800 min manat olan 270,6 kv.metrlik qeyri-yaşayış sahəsindən, "NBC Bank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 ünvanında dəyəri 2,3 milyon manat 281,2 kv.metrlik və 500 min manat olan 263 kv.metrlik qeyri-yaşayış sahələrindən, "Zamin Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 145 ünvanında dəyəri 491 min manat və 190 min manat olan 216,3 kv.metrlik, 326 min manat olan 143,4 kv.metrlik qeyri-yaşayış sahələrindən, "AtraBank"a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində dəyəri 1,6 milyon manat olan 436,2 kv.metrlik qeyri-yaşayış sahəsindən, "Texnika Bank"a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 389 min manat olan 185,4 kv.metrlik qeyri-yaşayış sahəsindən, "Qafqaz İnkişaf Bankı"na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 2 ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv.metrlik qeyri-yaşayış sahəsindən,"NBC Bank"a məxsus Şamaxı rayonu, Məlhəm kəndində dəyəri 200 min manat olan 464,2 kv.metrlik fərdi yaşayış evindən, "AGBank"a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 106 ünvanındakı dəyəri 255 min manat olan 320 kv.metrlik qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok B, 5-ci mərtəbə, qapı 1 ünvanında yerləşən dəyəri 245 min manat olan 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, "Bank Standard"a məxsus Zaqatala şəhəri, Dədə Qorqud küçəsi, 9 ünvanındakı dəyəri 412,25 min manat olan 678,5 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

Son xəbərlər