Mojo.az Banner
23:02 Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı  |     22:53 Çində yanacaq kəskin ucuzlaşdı  |     22:45 4-cü sinif şagirdi vəfat etdi - SƏBƏB  |     22:40 Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK  |     22:33 Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi  |     22:28 Bu BÜRCLƏRİN milyonçu olmaq şansı çox yüksəkdir  |     22:19 Bu ölkədə 65 ildir benzinlə işləyən avtomobillərə icazə verilmir  |     22:19 Bakıda sərnişin avtobusu evə çırpıldı - 5 sərnişin xəsarət aldı  |     22:13 Mərakeş yığmasında ciddi itki  |     22:08 Bu ölkələrdə insanlar 4 gün işləyir - DETALLAR  |     22:00 ​Bakıda bu taksilər qiyməti artırdı  |     21:55 Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?  |     21:47 Azərbaycan 5 ayda xarici ölkələrlə nə qədər ticarət əməliyyatı aparıb?  |     21:41 Ən aqressiv xərçəng növlərindən birinin hüceyrələrinin 90 faizini məhv etməyin yolu tapıldı  |     21:33 Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?  |     21:28 33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi  |     21:21 Niyə yaş artdıqca qarın böyüyür? - Alimlər səbəbini açıqladı  |     21:16 Xanım deputata ağır itki  |     21:09 Əməkdar artist toylara getməməsindən danışdı  |     21:03 İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO  |    
Left Banner
Right Banner

Azərbaycanın daxili işlər orqanlarının inkişafına töhfə vermiş Yusif Kərimovun 100 illiyi qeyd olunub

15.03.2025 20:49 825
Azərbaycanın daxili işlər orqanlarının inkişafına töhfə vermiş Yusif Kərimovun 100 illiyi qeyd olunub
2025-ci il martın 12-də Azərbaycan SSR daxili işlər nazirinin müavini Yusif Kərimovun 100 illik yubileyi qeyd olunub.

Əmək fəaliyyətinə 1948-ci ildə Mingəçevirdə şəhərin ilk inkişaf dövründə başlayan Y.Kərimov özünü ən yaxşı tərəfdən göstərmiş, gördüyü işlərə görə mükafat alıb.

Onun Mingəçevirdəki fəaliyyəti gələcək uğurlarının təməlini qoyub. Y.Kərimov Mingəçevirdən SSRİ Müdafiə Nazirliyinin Hərbi-Siyasi Akademiyasında ali təhsil almağa göndərilir, təhsilini başa vurduqdan sonra ordu sıralarında xidmət edir və Uralda raket diviziyasının siyasi şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlir.

Y.Kərimovun xidmət yoldaşı, Azərbaycan SSR daxili işlər nazirinin keçmiş müavini Namiq Talıbov “Report”a Kərimovun fəaliyyətində Ümummilli Lider Heydər Əliyev mühüm rol oynadığını bildirib.


"Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi respublikaya rəhbərlik etdiyi dövrdə Y.Kərimov Mərkəzi Komitədə işləməyə başlayıb. H.Əliyev onu oradan Daxili İşlər Nazirliyinin xətti ilə işləməyə göndərib, o, burada uzun müddət DİN-in Bakı üzrə İdarəsinin rəisi kimi çalışıb, 1978-ci ildən isə Azərbaycan SSR daxili işlər nazirinin müavini olub. Y.Kərimov ömrünün son günlərinə, yəni 1987-ci ilə qədər bu vəzifədə çalışıb. O, uzaqgörən insan idi, müdrik dövlət xadimi kimi formalaşmışdı. Xidmətdə heç bir səhvə yol verməyib. Biz onun rəhbərliyi altında işləmişik", - N.Talıbov bildirib.


Azərbaycan SSR DİN-in siyasi-tərbiyə işləri şöbəsinin keçmiş rəisi Georgi Zapletin isə Y.Kərimovun çox sərt, lakin "qeyri-adi dərəcədə ədalətli" rəhbər olduğunu söyləyib.

"Y.Kərimov daxili işlər nazirinin müavini kimi mənim şöbəmə kuratorluq edirdi. Onun nə gecəsi, nə də gündüzü var idi, bütün vaxtını işdə keçirirdi. Heyrətamiz insan idi. Nadir hallarda kiminsə haqqında belə xoş sözlər demək olar", - G.Zapletin “Report”la söhbətində bildirib.

Y.Kərimov daxili işlər orqanlarında nümunəvi və fədakar işinə görə çoxsaylı orden və medallarla, o cümlədən Qırmızı Ulduz ordeni ilə təltif edilib.

Y.Kərimov 1987-ci il martın 18-də vəfat edib.скачать dle 11.3
Mojo.az Banner