Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü | 12:04 Azərbaycan Prezidenti polşalı həmkarına məktub göndərdi |
Mojo.az Avto
Mojo.az Avto

BMT-nin İşçi Qrupunun Ruben Vardanyanın işi ilə bağlı TARİXİ QƏRARININ MƏZMUNU

14.03.2025 12:29 1 035
BMT-nin İşçi Qrupunun Ruben Vardanyanın işi ilə bağlı TARİXİ QƏRARININ MƏZMUNU
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanla bağlı müraciətə uzunmüddətli baxılma nəticələrinə uyğun olaraq Yekun Rəyini rəsmi olaraq dərc edib.

BMT İnsan Hüquqları Ali Komissarlığına müraciətdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən məsuliyyətə cəlb edilmiş R.Vardanyanın guya ifadə etdiyi fikirlərə görə həbs olunduğu, söz azadlığı hüququnun pozulduğu, məhkəməyədək icraat dövründə təqsirsizlik prezumpsiyası və girov müqabilində azad olunmaq, həbsə alternativ tədbirlər seçilməsi hüquqlarının pozulduğu, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt və imkan yaradılmaması və digər hüquqlarının pozulmasına dair iddialara baxılıb, nəticə olaraq iddiaların heç birinin öz təsdiqini tapmadığı barədə son qərar olan Yekun Rəy yayımlanıb.

İşçi Qrupu həmin rəyində göstərir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak) və 318.1-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri üzrə təqsirləndirilən R.Vardanyana qarşı irəli sürülən ittihamlar konkret dəlillərlə əsaslandırılıb, barəsində bu əsasların tədqiq edildiyi məhkəmə qərarı ilə həbs seçilib, istintaq zamanı bildiyi dil üzrə tərcüməçi təyin edilib, öz vəkili tərəfindən müdafiə olunmaq və digər prosessual hüquqları təmin olunub.

Bununla yanaşı, məhkəmə tərəfindən R.Vardanyan barəsində həbs seçilməsi zamanı fərdi yanaşma və araşdırma tətbiq edilib və ittiham olunduğu cinayət əməllərinin ağırlıq dərəcəsi, xarakteri və işin faktiki halları əsaslandırılıb.

R.Vardanyanın işi əlaqədar mətbuatda və vəzifəli şəxslərin publik çıxışlarında təqsirsizlik prezumpsiyasının pozulmasına dair iddialarla bağlı Əsassız Həbslər üzrə İşçi Qrupu yekun olaraq bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 27 sentyabr 2023-cü il tarixli rəsmi məlumatında R.Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair "əsaslı şübhələr müəyyən olunduğu"na görə istintaqa cəlb olunması qeyd olunduğundan, məhkəmə hökmünədək təqsirliliyinə dair ifadələr ehtiva etmədiyindən istintaq olunan cinayət işi üzrə təqsirsizlik prezumpsiyası hüququnun pozulması halı müəyyən edilməyib.

Qeyd edilməlidir ki, Azərbaycanın işğal altında olmuş ərazilərində sülh və insanlıq əleyhinə, terrorçuluq və digər cinayət əməllərinə görə hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi davam edən şəxslərdən yalnız Ruben Vardanyanın xarici əlaqə və resursları hesabına onun barəsində müraciət BMT İnsan Hüquqları Ali Komissarlığınadək çıxarılıbdır.

Lakin Azərbaycan Respublikasında bərqərar olmuş dəqiq hüquq texnologiyalarına əsaslanan hüquq təcrübəsi və beynəlxalq hüquq diplomatiyası qarşısında belə təşkilatlanmış səylər faydasızdır və cinayət məsuliyyəti labüddür.

Son xəbərlər