Mojo.az — elanlar
Son Xəbərlər
14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ilk dəfə VIII faktorun Xromogen üsulu ilə müayinəsi aparılıb

13.03.2025 20:19 555
Azərbaycanda ilk dəfə VIII faktorun Xromogen üsulu ilə müayinəsi aparılıb
Azərbaycanda ilk dəfə Respublika Klinik Xəstəxanasının laboratoriyasında hemofiliya xəstəliyinin diaqnostikasında qanda laxtalanma faktorlarının təyini üçün VIII faktorun Xromogen üsulu ilə müayinəsi keçirilib.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu müayinə üsulu dünyada məhdud sayda ölkədə icra olunur.

Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycanda 1 750 xəstə hemofiliya diaqnozu ilə dispanser qeydiyyatındadır. Onlardan Hemofiliya A ağır forma 321 xəstə, inhibitor forma isə 44 xəstədir. Hemofiliya A inhibitorlu forma, həm də Hemofiliya A ağır forma xəstələrə profilaktik müalicə olaraq 2017-ci ilin noyabrında ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) tərəfindən xəstələrdə qanaxma epizodlarının qarşısını almaq və ya qanaxmanın tezliyini azaltmaq üçün müntəzəm profilaktika olaraq “Hemlibra” (Emicizumab) preparatı təsdiq edilib.

2022-ci ildən etibarən Azərbaycanda sözügedən preparat ilə 15 inhibitorlu xəstə təmin olunub və ölümlə nəticələnə biləcək qanaxmanın qarşısı alınıb, xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılıb. “Hemlibra” preparatı qəbul edən xəstələrdə, məsələn, əməliyyatdan öncə VIII aktivliyinin müəyyən edilməsi tələb olunsa, xromogen analizinin istifadəsi tövsiyə edilir.

Qeyd edək ki, hemofiliya X xromosomu ilə əlaqəli resessiv anadangəlmə qanın laxtalanma pozğunluğu ilə müşahidə olunan xəstəlikdir. Hemofiliya xəstəliyinin diaqnostikasında qanda laxtalanma faktorlarının təyini mühüm rol oynayır.

Son xəbərlər