Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

UEFA Çempionlar Liqası: "Real Madrid" 1/4 finala son vəsiqəni qazandı

13.03.2025 13:05 1 023
UEFA Çempionlar Liqası:
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş "Atletiko Madrid" - "Real Madrid" matçının əsas vaxtı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu Qallaher vurub, Vinisius 70-ci dəqiqədə penaltidən yararlana bilməyib.

İlk qarşılaşma "Kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşdığına görə ümumi hesab bərabərləşib - 2:2.

Hər biri 15 dəqiqə olmaqla, təyin edilən daha iki hissədə tərəflər fərqlənə bilməyiblər.

Qarşılaşmanın taleyinə penalti seriyası aydınlıq gətirib. Burada daha dəqiq olan "Real" (2-4) adını dörddəbir final mərhələsinə yazdırıb.

Son xəbərlər