Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Akademiya rəhbəri: İranda dərsliklərin, təhsil sisteminin yenilənməsi zəruridir

11.03.2025 20:00 780
Akademiya rəhbəri: İranda dərsliklərin, təhsil sisteminin yenilənməsi zəruridir
İranda dərsliklərdə dəyişikliklərin edilməsi təbii, qaçılmaz, vacib, təhsil sisteminin yenilənməsi zəruri məsələdir.

“Report” xəbər verir ki, bunu İranın Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri, parlamentin keçmiş sədri Qulaməli Həddad Adil SNNTV-yə müsahibəsində deyib.

O, təhsildə dəyişikliklərin ölçülü-biçili, məqsədyönlü olmasının və zəruriliyinin vacibliyini söyləyib : “Dəyişiklik akademik və dərsliklər daxil olmaqla bütün sahələrdə həmişə baş verən bir fenomendir”.

Fars Dili və Ədəbiyyatı Akademiyasının başçısı bildirib ki, təxminən 60 il əvvəl Tehran Universitetinin tələbəsi olub: “Bu gün həmin ixtisasa qayıtsam, mütləq tamam başqa kitablarla rastlaşardım”.

O, bu səbəbdən istər məktəblərdə, istərsə də ali məktəblərdə təhsilin məzmununda dəyişikliklər elmin inkişafı, tədris metodlarının, tədris vasitələrinin inkişafı ilə bağlı daim baş verən təbii və zəruri prosesdir.

Qulaməli Həddad Adil dünyada dərsliklərin orta ömür sürdüyünü və daim yeniləndiyini qeyd edib: “Heç bir ölkədə kitab onilliklər boyu dəyişməz qalmır”.

Parlamentin keçmiş sədri təhsil sistemindəki idarəetməni tənqid edərək vurğulayıb ki, dərsliklərdə ediləcək dəyişikliklər icra strukturlarının rəhbərliyindəki dəyişikliklərə bənzəməməlidir: “Dəyişikliklər elmi və maarifləndirici səbəblərə əsaslanmalıdır”.

Xatırladaq ki, Qulaməli Həddad Adil fars düşüncə sisteminin müasir dövrdə əsas ideoloqlarındandır. Mütəxəssislər hesab edirlər ki, o, yeni dərsliklərdən bəhs etsə də, məktəblərdə fars olmayanların ana dilində təhsil almasından danışmayıb. Qulaməli Həddad Adil bu istiqamətdə dərsliklərin hazırlanmasından söz açmamaqla ölkə konstitusiyasının 15-ci və 19-cu maddələrinin icralarını görməzlikdən gəlib. Halbuki İranın indiki vəziyyətində cəmiyyətin birliyi üçün bu kimi maddələrin icrası daha vacib sayılır.скачать dle 11.3

Son xəbərlər