Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Şimali Afrikada ilk dəfə qədim insan məskəni tapılıb

05.03.2025 19:58 744
Şimali Afrikada ilk dəfə qədim insan məskəni tapılıb
Barselona universitetinin arxeoloqları Afrikanın şimal sahilində geniş bir bölgə olan Məqribdə ilk Tunc dövrünə aid insan məskəni tapıblar.

Yaxın vaxtlara qədər bu ərazi eramızdan əvvəl 800-cü ildə finikiyalılar tərəfindən məskunlaşana qədər boş torpaq sayılıb.

Mərakeşin şimal-qərbindəki Kah-Kuc yerində aparılan qazıntılar eramızdan əvvəl 2200-600-cü illərə aid bir kənd aşkar edib. Məlum olub ki, ərazi Misirdən sonra ən erkən insan məskənidir.

Kah-Kuç qəsəbəsi Lau çayı yaxınlığında təxminən bir hektar ərazini əhatə edib. Müasir sahildən 10 kilometr aralıda, Cəbəllütariq boğazından çox da uzaqda olmayıb. Arxeoloqlar məskunlaşmanın müxtəlif mərhələlərini aşkar ediblər. Birincisi, eramızdan əvvəl 2 200-cü ildən 2 000-ci ilə qədər, bu torpağın insanlar tərəfindən ilk işlənməsi dövrüdür.

İkinci mərhələ, eramızdan əvvəl 1300-900-cü illəri əhatə edir. Qəsəbənin tarixində parlaq bir dövr olub, Kaç-Kuçda sabit kənd təsərrüfatı icması yaranıb və bu, Finikiyaların Məqribdə mövcudluğundan əvvəl məskunlaşmış həyatın ilk dəqiq sübutudur.

Eramızdan əvvəl 800-600-cü illəri əhatə edən üçüncü mərhələ Kah-Kuç xalqının çevikliyini və uyğunlaşma qabiliyyətini nümayiş etdirib. Bu dövrdə Şərqi Aralıq dənizindən dulusçuluq, dəmir alətlər və daşdan istifadə etməklə yeni memarlıq ənənələri kimi bir sıra mədəni yeniliklər təqdim edilib.

Son xəbərlər