Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda azyaşlı övladına ağır işgəncə verən ana SAXLANILDI - VİDEO (YENİLƏNİB)

05.03.2025 14:54 2 616
Bakıda azyaşlı övladına ağır işgəncə verən ana SAXLANILDI - VİDEO (YENİLƏNİB)
"Sosial şəbəkələrdə azyaşlının xəsarətlərinin əks olunduğu görüntülər polis tərəfindən araşdırılıb. Aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub".

Bu barədə oxu.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrəfilli bildirib.

O qeyd edib ki, polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin "əzab vermə" maddəsi ilə cinayət işi başlanılıb:

"Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma aparılır".

* * * * *

Anası tərəfindən ağır fiziki zorakılığa məruz qalan azyaşlı M.R. valideynindən alınıb.


Bu barədə Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, azyaşlıya anası Fatimə Ramazanova tərəfindən fiziki və psixoloji zorakılıq törədilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə rayon icra hakimiyyəti tərəfindən rayonun polis idarəsinə və rayon prokurorluğuna rəsmi müraciət edilib.

"Rayon polis idarəsi (RPİ) tərəfindən azyaşlının anası tapılaraq polis bölməsinə dəvət olunub. O, övladının olduğu yer barəsində məlumat verməkdən yayınsa da, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və rayon polis idarəsinin əməkdaşları tərəfindən azyaşlının olduğu yer müəyyən edilib. Uşağın anasının himayəsində saxlanılması onun həyatı üçün təhlükəli hesab edildiyindən həmin Komissiya və RPİ əməkdaşları tərəfindən azyaşlı olduğu yerdən dərhal götürülüb və müvafiq sığınacağa yerləşdirilməsi üçün Sosial Xidmətlər Agentliyinin işçilərinə təhvil verilib", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılmışdı. Anası tərəfindən çəkilən və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə o, azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf etmişdi.

Son xəbərlər