Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bir sıra müavinətlərdə ARTIM OLUB

05.03.2025 14:10 1 290
Azərbaycanda bir sıra müavinətlərdə ARTIM OLUB
Azərbaycanda bir sıra müavinətlərdə artım olub.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.

O bildirib ki, bu il icrasına başlanılan sosial paket çərçivəsində artıq bir sıra müavinətlərdə artım reallaşıb:

"Artımlar bu ildən etibarən minimum əməkhaqqı məbləğinin dəyişməsi ilə bağlıdır. Belə ki, Azərbaycanda bəzi sosial müavinətlərin məbləği minimum əməkhaqqı ilə birbaşa bağlıdır. Bu baxımdan minimum əməkhaqqındakı dəyişiklik onların məbləğində artımlar ilə müşahidə olunur".

V.Bayramov qeyd edib ki, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinətin məbləği minimum əməkhaqqının dörd misli həcmindədir:

"Bu o deməkdir ki, həmin müavinətin məbləği artıq 1 380 manatdan 1 600 manatadək (400 manat X 4) yüksəlib.

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlərdə minimum əməkhaqqı məbləğinə uyğun olaraq artırılıb. Belə ki, peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq) ödənilir. Məsələn, peşə əmək qabiliyyətinin itirmə faizi 80 faizdirsə, o zaman həmin aylıq müavinətin məbləği 276 manatdan 320 manatadək artırılıb. Belə hallarda dünyasının dəyişənlərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği isə 345 manatdan 400 manata çatdırılıb".

Bundan başqa, artımın baş verdiyi digər ödəniş dəfn üçün müavinətdir. Belə ki, əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir. Bu o deməkdir ki, pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat X 3) manatdan 960 (320 manat X 3) manata yüksəlib.

Deputat əlavə edib ki, minimum əməkhaqqı ilə bağlılığı olmayan bir sıra sosial müavinət və təqaüdlərdəki artımlarla bağlı da yaxın zamanlarda qərarlar veriləcək:

"Dövlət başçısı tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra, bu istiqamətdə artımlar reallaşacaq. Nazirlər Kabineti tərəfindən təkliflər bu ayın ikinci yarısı təqdim olunacaq".

Son xəbərlər