Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Cavad Zərifin istefasının detalları MƏLUM OLDU

03.03.2025 13:05 1 410
Cavad Zərifin istefasının detalları MƏLUM OLDU
İran prezidentinin strateji məsələlər üzrə köməkçisi Məhəmməd Cavad Zərif, İslam Respublikasının məhkəmə hakimiyyətinin rəhbəri Qolam Hüseyn Möhseni-Əjhayi ilə görüşdən sonra istefa vermək qərarına gəldiyini açıqlayıb.

Bu barədə o, "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Dünən məni çox hörmətli məhkəmə hakimiyyətinin rəhbəri görüşə dəvət etdi. O, ölkədəki mövcud vəziyyəti nəzərə alaraq, hökumətə qarşı təzyiqlərin artmasının qarşısını almaq üçün universitetə (müəllimliyə) qayıtmağı tövsiyə etdi", - deyə Zərif bildirib.

O, Prezident Məsud Pezeşkianı dəstəkləməkdən qürur duyduğunu və ona, eləcə də xalqın xidmətçilərinə uğurlar arzuladığını bildirib.

Zərifin sözlərinə görə, son altı ay ərzində böhtan, təhqir və təhdidlərlə üzləşib, lakin ölkəsinə xidmət etməyə davam edib.

Qeyd edək ki, bu, Zərifin hazırkı İran hökuməti dövründə ikinci istefa cəhdi olub. İlk dəfə o, avqustun 11-də - vəzifəyə təyin olunduqdan cəmi on gün sonra istefa ərizəsi təqdim edib. O zaman Zərif qərarını "öz işindən narazılığı" ilə izah etmişdi. O, Pezeşkianın prezident seçilməsindən sonra yaradılan və yeni Nazirlər Kabinetinə namizədləri seçməkdən məsul olan məsləhət şurasının rəhbəri kimi fəaliyyətindən narazı olduğunu bildirmişdi. Lakin həmin vaxt prezident onun istefasını qəbul etməmiş və onu vəzifədə qalmağa razı salmışdı.

Son xəbərlər