Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib (YENİLƏNİB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:23 Rusiya XİN: "Ukraynaya altı min hərbçinin cəsədi təhvil veriləcək"  |     16:18 Tanınmış hotelin 163 min manatdan çox pulunu mənimsəyən baş xəzinədara HÖKM OXUNDU  |     15:25 İyunda ikinci dəfə ardıcıl dörd gün İŞ OLMAYACAQ  |     15:16 Apteklərdə YOXLAMA - Nöqsanlar aşkarlandı  |     15:14 Müdafiə Nazirliyindən valideynlərə çağırış: "Hərbi hissələrə gəlməyin"  |     15:12 Baş nazir Əli Əsədov Düşənbədə işgüzar səfərdədir  |     14:23 Azərbaycanda yeni medal təsis olundu - FOTO  |     14:04 Bakının bu rayonunda yeni park salınacaq - 2,4 milyon ayrıldı  |     13:48 Sabah bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək  |     13:41 Çeçenlər Qarabağa görə müsəlmanları söyən erməni iş adamını saxladı - FOTO / VİDEO  |     13:23 Tiktoker "Roşka"nın həbs müddəti uzadıldı  |     13:21 Bakıda kütləvi qanvermə aksiyası təşkil ediləcək - FOTO  |     13:18 Bakıda daha bir məşhur restoran sökülür – VİDEO  |     13:16 Dövlət layihələrində vergi pozuntuları - Podratçı və subpodratçılara ciddi XƏBƏRDARLIQ  |     12:46 Paytaxtda magistral su kəmərində qəza olub  |     12:25 Həbsdə planşet işlədən eks-vəzifəli şəxsin cəzası AZALDILDI  |     12:15 Lənkəranda 50 milyon manata kanalizasiya sistemi qurulacaq  |     12:13 DSX-dən Xəzərdə ƏMƏLİYYAT - Üç iranlı saxlanıldı (FOTO)  |     12:11 Nizami rayonunun icra başçısına yeni gənc müavin təyin olundu  |     12:06 Sosial yardımı kəsilən ailə DSMF əməkdaşlarına hücum etdi  |    

Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir çox sahələri əhatə edən münasibətlərimizin dinamik inkişafından məmnunluğunu bildirərək, Prezident Kasım-Jomart Tokayevlə həm Azərbaycanda, həm də Qazaxıstanda mütəmadi görüşlərini xatırlayıb. Qazaxıstan prezidentinin ötən il Azərbaycanda keçirilən COP29-da iştirakına görə bir daha minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib ki, bu, Qazaxıstanın ölkəmizlə həmrəyliyini nümayiş etdirib, həmçinin konfransın uğurla yekunlaşmasına öz töhfəsini verib.

Dövlətimizin başçısı COP29-da bir sıra vacib məsələlərin razılaşdırıldığını, eyni zamanda, ölkələrimizi daha da yaxınlaşdıracaq layihələrin formalaşdırıldığını qeyd edib.

Prezident İlham Əliyev Qazaxıstanın baş nazirinin ölkəmizə səfəri zamanı vacib layihələrin ətraflı müzakirə olunacağına, əldə edilmiş razılıqların həyata keçiriləcəyinə və bütün istiqamətlər üzrə gələcəkdə də sıx əməkdaşlığın aparılacağına ümidvarlığını bildirib.

Xalqlarımızın qardaş xalqlar olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, bu, qarşılıqlı münasibətlərimizin tarixi boyu dəfələrlə sübut olunub.

Azərbaycanın və Qazaxıstanın sosial-iqtisadi inkişaf sahəsində yaxşı göstəricilər nümayiş etdirən qardaş dövlətlər olduğunu söyləyən Prezident İlham Əliyev beynəlxalq arenada, bölgəmizdə və daha geniş regionda ölkələrimizin vacib roluna toxunub.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Oljas Bektenov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib.

Qazaxıstanın baş naziri deyib ki, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, ölkələrimiz arasında əlaqələr inkişaf edir və o, bu məsələdə Azərbaycan və Qazaxıstan prezidentlərinin etimada əsaslanan münasibətlərinin rolunu qeyd etdi.

Əlaqələrimizin potensialına toxunan Oljas Bektenov bildirib ki, Qazaxıstan və Azərbaycan hökumətləri hər iki ölkənin prezidentləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün səy göstərirlər. O, bu xüsusda dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, Trans-Xəzər multimodal nəqliyyat marşrutunun inkişafı üzrə fəal iş apardıqlarını deyib və bu marşrutla yük axınının ötən il 60 faiz artdığını diqqətə çatdırıb.

Söhbət zamanı hərtərəfli əməkdaşlığımızın inkişafından məmnunluq ifadə olunub, son üç ildə ölkələrimiz arasında illik ticarət dövriyyəsinin təxminən üç dəfə artdığı, nəqliyyat dəhlizləri üzrə yüklərin, o cümlədən tranzit yüklərin daşınmasında artımın davam etdiyi vurğulanıb. Azərbaycanda və Qazaxıstanda yaradılmış birgə investisiya fondu vasitəsilə investisiya layihələrinə dəstək verilməsi, neft-qaz sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınma həcminin artırılmasının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin yaşıl enerji sahəsində COP29 çərçivəsində imzalanmış sualtı kabel xətti ilə Azərbaycan və Qazaxıstan energetika sisteminin birləşdirilməsi və yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.

* * * * *

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib.

Median.Az
bu barədə AZƏRTAC-a istinadən xəbər verir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            366 03.03.25 12:56