Mojo.az Banner
12:38 Xaçmazda kompüter zalından qayıdan 17 yaşlı tələbə həyatını itirdi  |     12:27 Əlverişsiz hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     12:00 "Qarabağ"a keçidi gözlənilən vingerin transferinin DETALLARI (FOTO)  |     11:58 UEFA Çempionlar Liqasında püşkatma: "Sabah"ın rəqibləri bəlli olur  |     11:56 Azərbaycan nefti ucuzlaşıb  |     11:50 Ermənistanın sabiq prezidenti Koçaryanın həbs müddəti bilindi (Yenilənib)  |     11:47 "Meta" məhkəməni uduzdu: ABŞ ştatlarına 17 milyard dollara yaxın ödəniş edəcək  |     11:46 "WhatsApp"da böyük DƏYİŞİKLİK: Hesabların sındırılması çətinləşəcək  |     11:43 Bakıda DƏHŞƏT: Ətdən boğulan kişi boğazını deşdi, qanaxmadan öldü - YENİLƏNİB  |     11:41 Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR - VİDEO  |     11:24 Mingəçevir su anbarında balıqçı itkin düşüb  |     11:19 Nigar Fərhad SAXLANILDI - VİDEO  |     11:12 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA  |     23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |    
Left Banner
Right Banner

Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlanıb

28.02.2025 12:56 975
Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlanıb
"Azərbaycanda hazırda 628 hakim fəaliyyət göstərir".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.

Onun sözlərinə görə, ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb:

"Bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib. O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir".

İ.Kərimov bildirib ki, ötən il 550-dək hakim çoxsaylı təlim və ixtisasartırma kurslarına cəlb edilib:

"Hakimlər İttifaqının xətti ilə mülki və inzibati işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində təşkil edilmiş təcrübə mübadiləsi proqramları da hakimlərimiz üçün faydalı olub. 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib".скачать dle 11.3
Mojo.az Banner