Mojo.az Banner
18:25 Fuad Nəcəfliyə yüksək vəzifə verildi  |     18:02 Attestat qiyməti 5 olan 32 şagird - Qəbulda 100-dən az bal toplayıb  |     17:41 Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı  |     17:27 Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar  |     16:19 750 əyarlı 5 qram ağırlığında qızıl üzüklər 50 manat ucuzlaşdı  |     16:14 Dəniz duzunun adi duzdan daha sağlam olmasının səbəbi nədir?  |     16:05 Borc müqavilələri necə təsdiq edilməlidir? - Konstitusiya Məhkəməsi  |     15:58 Xalq artistinin anası vəfat etdi  |     15:53 Azərbaycanda PUA-larla bağlı qanuna dəyişiklik edilir  |     15:47 Azərbaycanda bu avtomobillərin xüsusi tanınma nişanı olacaq  |     15:39 Sürücüsüz nəqliyyat vasitələrinin istifadə qaydaları müəyyənləşir  |     15:32 Şənbə günü 39° isti olacaq  |     15:27 75 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs olundu  |     15:19 Jurnalist vəsiqəsinin verilməsinə görə ödəniş ləğv edilir  |     15:13 Azərbaycanda Media və Yayım Şurası yaradılır  |     15:08 Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər  |     15:00 Kamçatka sahillərində iki güclü zəlzələ oldu  |     14:55 Yanğında körpəsini itirən ana da 8 gün sonra öldü  |     14:49 "Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi  |     14:42 DYP Bakıda piyadaların maarifləndirilməsi ilə bağlı tədbirlər keçirdi - Video  |    
Left Banner
Right Banner

İlham Əliyev və Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər

27.02.2025 18:48 888
İlham Əliyev və Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab prezident, əziz qardaşım.

Əziz qonaqlar, xanımlar və cənablar.

Əziz qardaşım, xoş gəlmisiniz. Bir daha Sizə "Xoş gəlmisiniz!" deyirəm. Sizin son səfəriniz yadımdadır, noyabr ayında COP29 konfransında iştirak etmək üçün ölkəmizdə oldunuz. Mən cənab prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim və şadam ki, o, mənim dəvətimi qəbul etdi. Beləliklə, bu gün cənab prezident artıq ikinci dəfədir ki, ölkəmizdədir. Bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür. Bu onu göstərir ki, biz qardaş və dost kimi birgə işləyirik və bunu davam etdirəcəyik.

Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək. Siyasi münasibətlər çox yaxşıdır. Bir daha qeyd etmək istəyirəm, bunun ən yaxşı təzahürü ondan ibarətdir ki, cənab prezident ölkəmizə ikinci dəfədir, səfər edir. Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik.

Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin. Əminəm ki, beləliklə, biz ümumi məxrəcə gəlib çıxacağıq. Çünki biz artıq bir çox ölkələrə sərmayələr yatırırıq. Əlbəttə, biz məmnun olardıq ki, konkret layihələr fürsətlərini nəzərdən keçirək. Biz, həmçinin hesab edirik ki, bu, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradır. Cənab prezident Azərbaycanın hərbi hissələrinin birində olacaq və ona, o cümlədən müdafiə sənayesi haqqında təqdimat ediləcək. Bu, ola bilsin ki, bizim dostlarımız üçün maraqlı olsun.

Bir sözlə, gündəlik genişdir, ən vacibi isə odur ki, bizim dost, qardaş münasibətlərimiz var, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik və biz konkret layihələri icra etməliyik. Çünki siyasi münasibətlər bunun üçün bir platforma kimi xidmət edir.

Ümid edirəm ki, əziz qardaşım, Siz bir daha ölkəmizə gələcəksiniz. Həmçinin cənab prezident məni öz ölkəsinə səfərə dəvət etdi. Məmnunluqla bunu edəcəyəm və biz öz məhsuldar dialoqumuzu davam etdirəcəyik. Bir daha xoş gəlmisiniz.

Sonra Qvineya-Bisau Respublikasının prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident Umaru Sisoku Embalonun bəyanatı

- Çox sağ olun, əziz qardaşım Prezident Əliyev.

Bu gün burada - Bakıda olmaqdan və münasibətlərimizə yenidən nəzər salmaqdan məmnunam. Çünki xatirimdədir ki, hələ Sovet İttifaqı vaxtlarında bir çox texniki heyət üzvlərimiz burada təhsil almışdır. Sabah ilk heyətimiz buraya polis və hərbi məktəblərdə təlim üçün gələcək. Bu, bizim üçün çox vacibdir. Bu gün biz bu əlaqələri yeniləmək üçün buradayıq.

Əməkdaşlıq üçün sahə çoxdur - səhiyyə, təhsil, hərbi və təhlükəsizlik sahələri var. Əminik ki, bu səfər Sizi görməklə bərabər, ölkələrimiz üçün də faydalı olacaq.

Cənab Prezident, Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir, bizim amallarımız ümumidir. Bir sıra vacib məsələlər üzrə əminlik var. BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük.

Təkbətək görüşdə biz beynəlxalq münasibətlərə aid çox məsələləri müzakirə etdik və bir-birimizi dəstəkləməklə bağlı razılığa gəldik. Düşünürəm ki, bu, daha vacibdir. Birgə işləmək üçün hədəfləri müəyyən edə bilərik. Əl-ələ verib ölkələrimizi daha yaxın etmək üçün işləyə bilərik.скачать dle 11.3
Mojo.az Banner