Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Efiopiya baş nazirini gətirən təyyarənin enişi ərəfəsində Somali aeroportu atəşə tutuldu

27.02.2025 14:59 759
Efiopiya baş nazirini gətirən təyyarənin enişi ərəfəsində Somali aeroportu atəşə tutuldu
Moqadişuda (Somali) Adan-Adde hava limanı minaatanla atəşə tutulub. Hücum Efiopiya Baş naziri Abiy Əhmədin təyyarəsinin enişindən bir neçə dəqiqə əvvəl həyata keçirilib.

Median.Az
bu barədə "Türkiye Gazetesi" xəbər yayıb.

Bildirilir ki, hazırda hadisə yerində təhlükəsizlik xidmətləri işləyir. Hələ ki, zərərçəkənlər haqqında məlumat verilməyib.

Hücumun "Əş-Şəbab" təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal edilir. Bildirilir ki, azı 11 mərmi atılıb. Bunlardan biri Somali Prezidenti Həsən Şeyx Mahmudun Efiopiya baş nazirini qarşılamaq üçün gözlədiyi VIP terminalın yaxınlığına düşüb.

Qeyd olunur ki, Baş nazir Abiyin səfərindən əvvəl Moqadişu tamamilə təcrid altına alınmış, hava limanının ətrafındakı yollar bağlanmış və təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılmışdı. Buna baxmayaraq, hücumun baş verməsi regional təhlükəsizlik zəifliklərini bir daha gündəmə gətirib.

Hələlik Somali hökuməti hücumla bağlı rəsmi açıqlama verməyib, "Əş-Şəbab" təşkilatı da hücumun məsuliyyətini öz üzərinə götürməyib. Lakin qrup daha əvvəl də oxşar hücumlar təşkil edib və Somali daxilindəki hökumət obyektlərini hədəf alması ilə tanınır.

Yeri gəlmişkən, Baş nazir Abiyin səfəri Türkiyənin vasitəçiliyi ilə imzalanan Ankara Bəyannaməsindən sonra baş tutub. Dekabr ayında əldə olunan bu razılaşma Efiopiya ilə Somali arasındakı diplomatik böhranın həllini təmin etmişdi. Türkiyənin təşəbbüsü ilə əldə edilən atəşkəs iki ölkə arasında texniki danışıqların yolunu açıb.

Son xəbərlər