Regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün hansı tədbirlər görülür? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Park edilən avtomobil zədələndikdə kim məsuliyyət daşıyır?  |     22:58 “Adsız Mercedes”lərin istehsalı başlandı - FOTO  |     22:50 “28 May”ın ətrafı: 75 il 44 saniyədə - VİDEO  |     22:42 Bərdədə çayda batan Əlinin - Fotosu  |     22:37 ÇL-də İngiltərənin 6 klubu olacaq  |     22:30 Axirətin olduğuna ən çox inanan ölkələr - SİYAHI  |     22:25 Ətir alarkən aldanmayın - Qoxunun necə dəyişdiyini izləyin  |     22:18 Rafael Ağayev əməliyyat olundu - FOTO  |     22:13 “Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər  |     22:05 Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA  |     21:59 Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik  |     21:53 KT və MRT müayinəsinin QİYMƏTİ AÇIQLANDI  |     21:47 “WhatsApp”da hər kəsi sevindirəcək FUNKSİYA: Yeni düymə əlavə edildi  |     21:39 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 "dostu"  |     21:34 "Ferrari" ilk elektrik avtomobilinin təqdimatını təxirə saldı  |     21:25 Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? - ARAŞDIRMA  |     21:19 770 min manat vergi borcu olan şirkət kimindir?  |     21:12 BŞTİ: 207 saylı məktəbin direktorunun vəsait tələb etməsilə bağlı iddialar araşdırılacaq  |     21:04 Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?  |     20:59 Ceyhun Mirzəyevin yeganə qızı Moskvada küçədə yaşayır - VİDEO  |    

Regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün hansı tədbirlər görülür?

(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)

Azərbaycan Respublikasının davamlı iqtisadi inkişafında ölkənin bölgələrinin sosial-iqtisadi potensialının artırılması böyük rol oynayır.

Bunun üçün hökumət tərəfindən regionların inkişafına dəstək məqsədi ilə davamlı olaraq müxtəlif proqramlar həyata keçirilir. Bunların fonunda regionların inkişafına dair dövlət proqramları və strateji planlar bu sahədə davamlı inkişafa şərait yaradır. Son illərdə aparılan genişmiqyaslı islahatlar, xüsusilə infrastruktur layihələri və investisiya təşviqi proqramları, ölkənin hər bir bölgəsində iqtisadi aktivliyi artırır.

Qaynarinfo xəbər verir ki, xüsusilə düşmən işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həm infrastruktur, həm də sosial-iqdisadi işlər sürətlə aparılır, regionun inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir.

Həyata keçirilən layihələr çərçivəsində regionların inkişafı üçün aşağıdakı prioritet məsələlər əsas götürülüb:

İnfrastrukturun yenidən qurulmasına aid dövlət proqramları

Bölgələrin davamı inkişafını təmin etmək üçün müxtəlif kənd və qəsəbələrdə infrastrukturun yenidən qurulması məqsədiylə müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində yolların, elektrik, qaz və su təminatı şəbəkələrinin modernləşdirilməsi iqtisadiyyata müsbət təsir göstərir. Bununla yanaşı, kənd və rayon yollarının təmiri, yeni körpülərin salınması və dəmir yolu sisteminin təkmilləşdirilməsi ticarət və nəqliyyatın inkişafına töhfə verir.
Sənaye və kənd təsərrüfatının inkişafı aid proqramlar

Aqrar sektorda müasir texnologiyaların tətbiqi, fermerlərə subsidiyaların verilməsi və emal sənayesinin genişləndirilməsi regionların iqtisadi potensialını artırır. Eyni zamanda, iri sənaye zonalarının yaradılması, texnoparkların fəaliyyətə başlaması və ixrac yönümlü məhsulların istehsalının təşviqi regional iqtisadiyyata böyük dəstək verir.

Turizmin inkişafı üçün görülən layihələr

Bölgələrə xarici və yerli turistləri cəlb etmək üçün regionlarda turizm infrastrukturunun yaradılması üçün müxtəlif layihələr həyata keçirilir. Xüsusilə, dağ turizmi, kənd turizmi və sağlamlıq turizminin inkişafı üçün xüsusi dövlət proqramları həyata keçirilir. Bölgələrdə davamlı inkişaf proqrmalarına uyğun olaraq müasir otellərin, istirahət komplekslərinin və milli parkların yaradılması bu sahənin canlanmasına şərait yaradır.

Kiçik və biznesin inkişafına dəstək üçün həyata keçirilən müxtəlif layihələr - Sahibkarlıq subyektlərinə verilən gömrük və vergi güzəştləri regionlarda iqtisadiyyatın canlanmasına təkan verir. Bununla yanaşı, startap layihələrinin maliyyələşdirilməsi, yerli istehsalçılar üçün güzəştli kreditlərin ayrılması və biznes inkubatorların yaradılması sahibkarlığın inkişafını daha da stimullaşdırır.

Təhsil və səhiyyənin inkişafına dəstək layihələri

Regionlarda yeni məktəblərin, tibbi mərkəzlərin yaradılması sosial rifahın yüksəlməsinə təkan verir. Elektron təhsil sistemlərinin tətbiqi, müasir laboratoriyaların qurulması və kəndlərdə səhiyyə xidmətlərinin genişləndirilməsi əhalinin həyat səviyyəsini yüksəldir. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Xankəndi şəhərinə nəzarətini bərpa etdi. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili Sərəncamı ilə Qarabağ Universiteti yaradıldı. 2024-cü il sentyabrın 15-dən fəaliyyətə başlayan universitetdə Bakı və ölkənin müxtəlif regionlarından tələbələr təhsil alır.
44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzura həyatı qaytarmaq dövlətin qarşısında dayanan prioritet məsələlərdən birinə çevrildi. Sosial-iqtisadi inkişaf üçün müxtəlif layihələr həyata keçirildi. Bütün bu layihələr çərçivəsində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Yeni istehsal müəssisələri yaradılır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni sənaye parkları və aqroparklar qurulur. Xüsusilə, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında müxtəlif istehsal müəssisələrinin fəaliyyətə başlaması üçün işlər görülür.

İşsizliyin azaldılması və məşğulluğun artırılması üçün görülən işlər

Bölgəyə köç edən əhali üçün iş yerlərinin açılması məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilir. Peşə təhsil mərkəzlərinin yaradılması və yeni iqtisadi layihələrin icrası sayəsində məşğulluq səviyyəsinin artırılması nəzərdə tutulur.

Yerli istehsal və kənd təsərrüfatının inkişafına təkan verə layihələr

Qarabağın münbit torpaqları kənd təsərrüfatı üçün böyük potensiala malikdir. Aqrar sektorun inkişafı üçün yeni suvarma sistemləri qurulur, iri fermer təsərrüfatları yaradılır və yerli məhsulların emalına xüsusi diqqət yetirilir.

Alternativ enerji mənbələrinin inkişafı üçün görülən tədbirlər

Qarabağ və Şərqi Zəngəzur regionları alternativ enerji potensialına malikdir. 2022-ci il mayın 3-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” çox mühüm sərəncam imzalayıb. 2020-ci ilin dekabr ayının 29-da Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə, 2021-ci ildə Azərbaycanda günəş enerjisi stansiyasının tikintisi ilə bağlı layihənin həyata keçirilməsinə dair Azərbaycan hökuməti və BƏƏ-nin "Masdar” şirkəti günəş elektrik stansiyası tikintisi üçün müqavilə imzalayıb. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 meqavatdan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min meqavat həcmində qiymətləndirilir. Kəlbəcər və Şuşa rayonlarında isə geotermal enerji mənbələrindən "yaşıl enerji” kimi istifadə olunması imkanları daha çox diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı elektrik təchizatı infrastrukturunun yaradılması, həmçinin hidroenerji ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində tapşırıqlara əsaslanılaraq, regionun sərt, keçilməz iqlim və relyef şəraitinə rəğmən, 3 ildən az bir müddətdə ümumi gücü 226 MVt olan 28 su elektrik stansiyası (SES) yenidən qurulub və ya yeni tikilib.
Ümumi gücü 44 MVt olan 4 SES-də isə hazırda avadanlıqların quraşdırılması və sazlama işləri icra edilir. Nəticədə bütün region üzrə dayanıqlı elektrik təchizatı sxemi yaradılır və COP29 tədbirinin keçiriləcəyi, "Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü ilin birinci yarısında ümumi gücü 270 MVt olan 32 SES-in istismara veriləcəyi nəzərdə tutulur. Bu stansiyalarda il ərzində 600 milyon kilovat/saatdan çox "yaşıl enerji”nin istehsal ediləcəyi planlaşdırılır. Bu da 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının həcminin isə 330 min tondan çox azalması deməkdir. Bundan əlavə, ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının (KSES) 2025-ci ilin birinci yarısında istismara verilməsi gözlənilir.

Ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz "yaşıl enerji” hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür.

İT sektorunun və rəqəmsal infrastrukturun genişləndirilməsi

Qarabağda ağıllı şəhər və kənd konsepsiyası çərçivəsində müasir texnologiyaların tətbiqi genişlənir. Füzuli, Şuşa və Ağdamda smart şəhər infrastrukturu qurulur, sürətli internet və rəqəmsal xidmətlər əhalinin istifadəsinə verilir.

Bütün bu inkişaf proqramları Qarabağın sosial-iqtisadi dirçəlişinə və ölkənin ümumi iqtisadi gücünə mühüm töhfə verəcəkdir.

Bütün bu görülən tədbirləri nəzərə alaraq demək olar ki, Azərbaycanın regionlarında sosial-iqtisadi inkişaf sürətlə davam etdirilir və bu istiqamətdə dövlət tərəfindən yeni layihələr həyata keçirilir. Görülən bütün bu işlər isə regionların daha da inkişaf etməsinə təkan verəcək. Eyni zamanda, dövlət və özəl sektorun əməkdaşlığı sayəsində kənd təsərrüfatı, sənaye, turizm və xidmət sahələrində daha geniş imkanlar yaradılacaq. Regionlarda əhalinin işsizlik səviyyəsi azaldılacaq, orada fəaliyyət göstərən müxtəlif sahibkarlıq subyektlərinin inkişafına şərait yaradılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 22.02.25 20:39