Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:08 Noyabrda hava necə olacaq? | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video | 12:27 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var | 12:23 Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat | 12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb | 11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Şirvan suvarma kanalı qurulduqdan sonra 10 rayonun suvarma və içməli su ilə təminatı yaxşılaşacaq

18.02.2025 13:30 681
Şirvan suvarma kanalı qurulduqdan sonra 10 rayonun suvarma və içməli su ilə təminatı yaxşılaşacaq
Şirvan suvarma kanalının tikintisi ilə bağlı yaradılmış işçi qrupunun üçüncü iclası keçirilib. İclasda Şirvan suvarma kanalının tikintisi çərçivəsində görülmüş və plan üzrə nəzərdə tutulan işlər, Şirvan suvarma kanalının tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı torpaqayırma prosesində cari vəziyyət, yaranan maneələr və çətinliklər dinlənilib.

Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilib ki, hazırda tikinti qrafikinə uyğun olaraq Şirvan suvarma kanalının, ümumilikdə, 40 kilometrə yaxın ayrı-ayrı hissəsində qazma, bəzi hissələrində beton üzlüyə alınma işləri aparılıb, eləcə də kanal üzərində müxtəlif təyinatlı hidrotexniki qurğuların tikintisinə başlanılıb. Bununla yanaşı, hazırda 6 rayon üzrə torpaqayırma işləri yekunlaşıb, qalan 2 rayonda isə davam etdirilir. Qrafikə əsasən, tikinti işlərinin 2027-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

İşçi qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələri və dəvət edilən mütəxəssislər tərəfindən bu və gündəlikdəki digər məsələlər ətrafında geniş müzakirələr aparılaraq, işlərin daha sürətlə yerinə yetirilməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, görülən işlərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti 2024-cü il aprelin 8-də "Şirvan suvarma kanalının yenidən qurulması haqqında" Sərəncam imzalayıb.

65 ilə yaxın müddətdə istismar olunan Şirvan suvarma kanalının yenidənqurmadan sonra başlanğıcda sərfini saniyədə 78 kubmetrdən 180 kubmetrə, uzunluğunu 122.3 kilometrdən 204,3 kilometrə qədər artırmaqla Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının, ümumilikdə 228 min hektar torpaq sahəsinin (onun 116 min hektarı yeni suvarılacaq torpaqlar) suvarma suyu, yaşayış məntəqələrinin isə içməli və məişət suları ilə təminatına, eləcə də Hacıqabul gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına nail olunacaq.

Sərəncamın icrasının vaxtında təmin olunması məqsədilə ADSEA tərəfindən keçirilən müvafiq satınalma prosedurlarına uyğun olaraq tikinti işlərinə 3 ayrı-ayrı şirkət cəlb etməklə, kanalın 4 fərqli hissələrində eyni vaxtda işlərə başlanılıb.

Tikinti işlərinin əlaqələndirilmiş şəkildə aparılması məqsədilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun rəhbərliyi ilə İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, eləcə də Şirvan suvarma kanalının xidmət sahəsində olan rayonların icra hakimiyyətlərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

Son xəbərlər